Aspindza döyüşü | |||
---|---|---|---|
Tarix | 20 aprel 1770 | ||
Yeri | Aspindza, Gürcüstan | ||
Nəticəsi | Kartli-Kaxeti çarlığının qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
|
Aspindza döyüşü — Kartli-Kaxeti çarlığı və Osmanlılar arasında baş vermiş döyüş.[1] Döyüş 20 aprel 1770-ci ildə baş vermiş və gürcülərin qələbəsi ilə nəticələnmişdir.[2]
1768–1774 illərdə baş vermiş Osmanlı-Rusiya müharibəsi dövründə Kartli-Kaxet hökmdarı II İrakli Osmanlı imperiyası ilə sərhəddəki bir sıra torpaqları ələ keçirmək istəyirdi. II İrakli bu siyasətini gerçəkləşdirmək üçün Rusiyaya müttəfiqlik təklif etdi. Rusiya Qafqazda Osmanlıya qarşı ikinci bir cəbhə açmaq məqsədilə bu ittifaqı qəbul etdi. Çariça II Yekaterina Gürcüstana Qottlieb Heinrix Totleben[3] adlı generalın başçılığı altında 1200 nəfərlik hərbi qüvvə göndərdi.
1770-ci ilin martında rus və gürcü qüvvələri Borjomi vadisinə doğru irəlilədilər. 14 aprel tarixində Sadqueri qalası mühasirəyə alındı və ələ keçirildi. Həmçinin ölkənin cənubundakı Atsxuri şəhəri də mühasirəyə alındı. Ancaq bu dövrdə Qottlieb Totleben və II İrakli arasında mübahisə yarandı. II İralki Ahalsıx istiqamətində irəliləmək istəsə də, Qottlieb Totleben onunla razılaşmadı və Atsxuri şəhərində qaldı.[4]
Osmanlı imperiyasının Ahalxısdakı valisi mühasirədə olan Atsxuriyə kömək üçün 20.000 nəfərlik hərbi qüvvə göndərdi. Osmanlı ordusunun gəlməsi xəbəri bölgədəki rus və gürcü qüvvələrini qorxuya saldı. Rus ordusu gürcüləri döyüş meydanında qoydu və Gürcüstan torpaqlarını tərk etdi. Gürcü ordusu isə Atsxurinin mühasirəsini dayandırdı və geriyə çəkildi. Çar II İrakli 1500 nəfərlik Osmanlı avanqard dəstəsini aldatmaq üçün müxtəlif həmlələr etdi. Bu həmlələr vasitəsilə gürcülər Osmanlı ordusunu Kür çayı istiqamətinə çəkməyi bacardılar. Osmanlılar burada körpü tikərək paytaxt Tiflis üzərində yürüş etməyi və II İrakliyə zərbə vurmağı planlaşdırdılar. Osmanlı ordusu körpünü hazır etdikdən sonra 20 apreldə Kür çayını keçməyə başladı. Lakin bir müddət sonra Ağabab Eristavi və Simon Mouxranbatoni adlı 2 zabitin rəhbərlik etdiyi gürcü dəstəsi körpünü partlatdı. Körpünün dağılması nəticəsində Osmanlı ordusu iki yerə bölündü. Artıq körpünün digər tərəfinə keçən Osmanlı qüvvələri nə baş verdiyini anlaya bilmədilər. Bu anda Gürcüstan ordusu hücuma keçdi. Ordunun sol qanadına çarın qardaşı Georgi Batoniçvili, mərkəzə II İrakli, sağ qanada isə David Orbeliani komandanlıq edirdi. Osmanlılar 4000–8000 nəfər arası itki verdilər və geri çəkilməyə məcbur oldular. Həlak olanlar arasında Osmanlılara kömək üçün gələn ləzgilərin lideri Kohta-Beladi və bir çox Osmanlı zabiti və generalı var idi. Sağ qalanlar isə Kür çayını üzərək keçə bilən əsgərlərdir.