Atabay | |
---|---|
Janr | dram filmi |
Rejissor | Niki Kərimi |
Prodüser | Niki Kərimi |
Ssenari müəllifi | Hadi Hicazifər |
Baş rollarda | |
Bəstəkar | Hüseyn Əlizadə |
İlk baxış tarixi |
2020-ci il fevralın 1-i (38-ci Fəcr Beynəlxalq Film Festivalı) |
Gəlir | 868.576.100 Tümən[1] |
Ölkə | |
Dillər |
Azərbaycan türkcəsi qismən farsca |
İl | 2020 |
Çəkiliş yeri | Pir kəndi, Xoy |
IMDb | ID11772966 |
Atabəy filmi — ssenaristi Hadi Hicazifər və rejissoru Niki Kərimi olan 2020-ci ildə çəkilmiş romantik dram filmi[2][3]. Film ilk dəfə 38-ci Fəcr Film Festivalında nümayiş edilib.[4] Film azərbaycan dilində çəkilib. Bəzi epizodları isə fars dilindədir. 2021-ci il noyabr ayının 24-dən etibarən kinoteatrlarda nümayiş etdirilən film ilk həftələrdə satışa görə il ərzində komediya filmlərini keçib birinciliyə yüksəlmiş ilk film olub[5]. Bundan başqa film 2021-ci ildə İranda nümayiş etdirilən filmlər arasında da ən çox izlənilən ilk 5 filmin sırasına düşüb[6].
Ailə-məişət mövzusunda çəkilmiş filmdəki hadisələr Qərbi Azərbaycan vilayətindəki Xoy şəhəri yaxınlığında yerləşən Pirkənd kəndində cərəyan edir. Ekran əsərinin qəhrəmanı gənc yaşlarından ailəyə başçılıq etmək məcburiyyətində qalır və böyük çətinliklərə üzləşir. Çətinliklərin öhdəsindən gələn qəhrəman şəxsi həyatını qura bilmir. Onun sevgisi uğursuz olur və bundan sonra həyatını yaxınlarına həsr edir[7].
Türk dilinin filmdə xüsusi yer alması mətubat konfransında gərgin anlara səbəb olub. Bir jurnalist ölkənin rəsmi dilinin farsca olduğu halda farsca altyazı ilə nümayiş edilən əsərlər nəyə lazımdır deyərək, əsərin türkcə çəkilişinə etiraz edib. Buna ilk reaksiyanı isə rejissor Niki Kərimi verib. O deyib:
Kim deyib ki biz bütün filmləri təkcə farsca çəkməliyik? Onsuz da ölkədə filmlərin 90 faizi farsca çəkilir. |
Filmin ssenari müəllifi Hadi Hicazifər isə sualla bağlı bunları deyib[8]:
Mən səninlə bir türk olaraq danışıram. Filmin yazarı olaraq danışıram. Sənin düşüncən faşist düşüncədir.Sənin və başqa heç kimsənin türk dilini aşağılamağa haqqı yoxdur. İranın konstitusiyasına görə, türk ədəbiyyatı universitetdə türk dilində tədris edilməlidir. Mən sizə təəssüf edirəm, və tərəddüdsüz deyirəm ki, baxışın faşist baxışdır. Bunu yüksək səslə deyirəm. Bu ortaya çıxan separatçılıq düşüncələri də bu baxışın məhsuludur. |