Atik Sinan

Atik Sinan
Şəxsi məlumatlar
Doğum tarixi XV əsr
Doğum yeri
Vəfat tarixi 1471
Vəfat yeri
Dəfn yeri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Atik Sinan və ya Azad Sinan (XV əsr, Konstantinopol1471, Konstantinopol)) — Osmanlı memarıdır. Əslən II Mehmedin işğal etdiyi yunan torpaqlarından

Atik azad edilmiş qullara verilən ad olub. Memar haqqında müasir dövrə qədər az məlumat gəlib çatsa da, adının qarşısındakı atik sözündən onun xristian qullardan olduğu məlum olur. 18-ci əsrin əvvəllərində “Osmanlı dövlətinin yüksəlişi və çöküşü” adlı kitabın müəllifi, münəccim və bəstəkar Dimitri Qantəmirə görə əsl adı Xristodulos'dur. Osmanlı qaynaqlarında isə Abdullah olaraq göstərilmişdir. Hər ikisi “Allahın qulu” mənasına gəlir.

Qantəmirə görə Xristodulos Fateh II Mehmetin sevimli memarı olub. Fateh onun xahişi ilə monqolların Müqəddəs Məryəm kilsəsi və ya Qanlı kilsə olaraq tanınan Panaia Muchlotissa kilsəsini heç vaxt məscidə çevirməyəcəyi fərmanını imzalamışdır. Bu kilsə həmin fərman nəticəsində Bizans dövründən qalan, lakin yerində məscid tikilməyən yeganə kilsə olmuşdur. Fərmanın bir nüsxəsi indi də kilsədə saxlanılır. Atik Sinanın qardaşı oğlu da memar olmuş və Bəyazid məscidini ucaltmışdır.[1]

Fatehin ən böyük arzularından biri də Aya Sofya kilsəsindən daha böyük məscid tikdirərək öz damğasını Osmanlı imperatorluğunun yeni paytaxtı İstanbula vurmaq idi. Bu məqsədlə, Fateh məscidinin inşaası Atik Sinana tapşırılır. Lakin Fateh nəticədən narazı qalır. Fatehin bu məscidin tikintisi üçün xüsusi olaraq gətirtdiyi sütunların memar tərəfindən kəsildiyini eşitdikdə daha da qəzəblənir və bu hərəkəti qəsdən Aya Sofyadan uca məscid tikmək istəməməsi ilə əlaqələndirir. Bunun səbəbini soruşduqda Sinan “Padşahım, Konstantinopolda tez-tez zəlzələ olur, sütunların daha yüksək olması təhlükəlidir” cavabını verir. Sultan qəzəblənir və “üzrün qəbahətindən böyükdür” deyərək Atik Sinanın əllərini kəsdirir. Bu hadisədən sonra memar İstanbul qazisi Xızır bəyin yanına gedərək Fatehdən şikayət etdiyini bildirir. Qazı Sinanın iddiasını haqlı hesab edir və “sənin də qisas hüququn var” deyir. Yəni bu vəziyyətdə Fatehin də əlləri kəsilməli idi. Lakin islam dininin ədalətini görən Atik bu hüquqdan imtina edir və sultandan üzr istəyir.[2] Ancaq qəzəbi soyumamış Fateh memarı yenidən zindana atdıraraq 1471-ci ildə döyə-döyə edam etdirir. Əkrəm Haqqı Ayverdiyə görə Atik Sinan edam edilməmişdən qabaq özü intihar edib. Bəzi mənbələrə görə edamına səbəb pul mənimsəməsi olmuşdur.

Ölümündən sonra

[redaktə | mənbəni redaktə et]

1766-cı il zəlzələsi Atik Sinanın haqlı olduğunu ortaya çıxarır və Fateh məscidi yerlə-yeksan olur. Bu gün mövcud olan Fateh məscidi III Mustafanın dövründə memar Mehmet Tahir Ağa tərəfindən tikilib. Məscidin ilkin versiyası yaradıcısını haqlı çıxararaq məhv olmuşdur.

Deyilənlərə görə, bu hadisələrdən 70 il sonra Sultan Süleyman Qanuni Memar Sinandan Süleymaniyyə məscidinin tikintisinin yubanma səbəbini soruşduqda, adaşının başına gələnləri ona xatırladırmış.[3]

  1. "Arxivlənmiş surət". 2020-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-22.
  2. Rabah Saoud (July 2004)."Muslim Architecture under Ottoman Patronage (1326–1924)" Arxivləşdirilib 2017-05-16 at the Wayback Machine. Foundation for Science Technology and Civilisation.
  3. "Arxivlənmiş surət". 2020-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-22.