Autizm

Autizm
Əşyaları təkrarlayaraq bir sıraya düzmək bəzən autizm göstəricisi sayıla bilər
Əşyaları təkrarlayaraq bir sıraya düzmək bəzən autizm göstəricisi sayıla bilər
XBT-10 F84.0
XBT-10-KM F84.0
XBT-9 299.00
XBT-9-KM 299.0[1]
OMIM 209850
DiseasesDB 1142
MedlinePlus 001526
eMedicine med/3202 ped/180
MeSH D001321
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Autizm — üç yaşından əvvəl başlayan və ömür boyu sürən, ictimai qarşılıqlı təsirə və ünsiyyətə zərər verən, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran beyinin inkişafına maneə törədən bir pozğunluqdur.[2] Bu əlamətlər autizmi Asperger sindromu kimi daha yüngül görünən autistik spektrum pozuqluğundan (ASP) ayırır.

Autizm irsi mənşəlidir ancaq irsiliyi olduqca qarışıqdır və ASP-nin mənşəyinin çoxlu gen qarşılıqlı təsirlərindən, yoxsa nadir görülən mutasiyalardan qaynaqlandığı çox açıq deyil. Nadir hallarda doğum şikəstliklərinə səbəb olan faktorlarla yaxından əlaqəlidir. Digər nəzərlərə görə isə uşaqlıqda edilən peyvəndlər kimi səbəblər mübahisəlidir və peyvənd mənşəli fərziyyələri təsdiqləyən elmi dəlillər yoxdur.

Son illərdə aparılan araşdırmalar autizmin yayılmasını hər 1000 adama bir ya da iki halda olaraq təxmin edir, eyni araşdırmalardakı təxminlərə görə ASP təxminən 1000 adamda altı haldadır və kişilərdə rast gəlinmə nisbəti qadınlara görə 4,3 dəfə daha çoxdur. Autizm hallarının sayı 1980-ci illərdən bəri olduqca çox nisbətdə artmışdır. Bunun səbəbi qismən diaqnoz qoyma üsullarındakı dəyişikliklərdir; gerçək prevalansın artıb artmadığı məlum deyil.

Autizm beyinin bir çox qisminə təsir edir, amma bu təsirin necə inkişaf etdiyi məlum deyil. Valideynlər ümumiyyətlə uşaqlarının həyatının ilk iki ilində əlamətləri hiss edirlər. Erkən davranış, ya da qavrayış müdaxilələri uşaqların özünə baxa bilmə bacarığı ilə ictimai və ünsiyyət bacarıqları qazanmasına köməkçi ola bilər.

Autizmin müalicəsi yoxdur. Autistik uşaqların çox azı yetkin olduqdan sonra sərbəst həyatda müvəffəq ola bilir.

Autizmin adı qoyulmadan çox əvvəl autistik simptomlar və müalicəsi təyin olunmuşdur. Martin Lüterin əsərlərində şiddətli dərəcədə autistik ola biləcək olan 12 yaşında bir oğlanın əhvalatı var. 1798-ci ildə tutulmuş yabanı bir uşaq olan Aveyronlu Viktor autizmin müxtəlif əlamətlərini göstərmişdir; tibb üzrə oxuyan tələbə Jean Itard, ictimai əlaqələr qurmağa və təqlid yoluyla danışmağı təmin etməyə yarayan davranış üsullu bir proqramla uşağı müalicə etmişdir.

Neo-Latın "autismus" termini isveçrəli psixiatr Eugen Bleuler tərəfindən şizofreniyanın əlamətlərini tərif edərkən 1910-cu ildə təklif edilib. Bleuler termini yunanca "autos" (αὐτός, öz mənasında) sözündən götürmüş və adamın özünə olan xəstəlikli heyranlığı mənasında istifadə etmişdir: "Çöldən gələn hər hansı bir təsirin dözülməz bir rahatsızlıq verməsinə qarşı xəstənin fantaziyalarına autistik çəkilməsi."

Autizm termini bugünkü mənasında ilk dəfə 1938-ci ildə Vyana Universitet Xəstəxanasından Hans Asperger tərəfindən uşaq psixologiyası üzərinə keçdiyi almanca bir dərsdə Bleulerin "autistik psixopatlar" terminologiyası ilə istifadə edilmişdir. Asperger hal-hazırda Asperger sindromu olaraq bilinən bir ASP növünü araşdırırdı, ancaq bu sindrom müxtəlif səbəblərə görə 1981-ci ilə qədər ayrı bir diaqnoz olaraq tanınmamışdır.

Johns Hopkins Xəstəxanasından Leo Kanner 1943-cü ildə təəccüblü davranış bənzərlikləri göstərən 11 uşaq haqqında yazdığı hesabatında ilk olaraq "erkən infantil autizm" terminini istifadə etmişdir. Kannerin ilk məqaləsində təyin olunan, xüsusilə "Autistik yalnızlıq" və "dəyişməməkdə israr" kimi xüsusiyyətlərin az qala hamısı hələ autistik spektrum pozuqluqlarının tipik xüsusiyyətləri olaraq görülməkdədir. Kannerin termini Aspergerdən asılı olaraq istifadə edib etmədiyi bilinməməkdədir.

Kannerin autizm terminini təkrar istifadə etməsi illərlə "infantil şizofreniya" kimi terminologiya qarışıqlığına gətirib çıxardı və XX əsrin ortalarında uşaq psixiatriyasının ana məhrumluğu üzərinə sıxlaşması, autizmin "soyuducu analara" uşağın reaksiyası olduğu kimi səhv mövzulara gətirib çıxardı.

1960-cı illərin sonundan başlayaraq autizmin, həyat boyu sürdüyünü, zəka geriliyi, şizofreniya və digər inkişaf pozuqluqlarından fərqini və valideynləri aktiv müalicə proqramlarına qoşmağın gətirdiyi faydaları göstərərək ayrı bir sindrom olduğu qəbul edildi. 1970-ci illərin ortalarına qədər autizmdə genetikin rolu üzərinə çox az dəlil var idi. Ancaq müasir vaxtda autizmin bütün psixiatrik vəziyyətlər içində ən irsi olanı olduğu hesab edilir. Valideynlər təşkilatlarının ortaya çıxması və uşaqlıq ASP haqqındakı ictimai stigmanın (utanc verici) aradan getməsi ilə birlikdə ASP təsirləri, sərhədləri və müalicəsi haqqında nəzərlər böyük ölçüdə təsirlənmişdir.

Ümumi Şəbəkə

autistik fərdlərlə bamarma, çətinlik çəkdikləri sözsüz işarələrdən və romantik paylaşmadan ayrıca olaraq ayıq qruplara qatılmalarına və uzaqdan işlərinə köməkçi olmuşdur. Autizmin sosioloji və mədəni istiqamətləri inkişaf etmişdir; birlik içində bəziləri bir çarə axtarmaqda, digərləri isə autizmin mövcudluğun yalnız başqa bir yolu olduğuna inanmaqdadır.

  1. Disease Ontology (ing.). 2016.
  2. "About autism". 2013-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-11.