Auyuittuk Milli Parkı

Auyuittuk Milli Parkı
ing. Auyuittuq National Park
Panqnirtunq fiordu
Panqnirtunq fiordu
BTMB kateqoriyası — II (Milli park)
Sahəsi 19.089 km2 ha
Yaradılma tarixi 1976
İdarəetmə orqanı Kanada Parkları
Dağlar Asqard dağı, Tor dağı, Odin dağı, Baffin dağları
Faunası 12 məməli növü
Yerləşməsi
67°53′ şm. e. 65°01′ q. u.HGYO
Ölkə  Kanada
Vilayət Nunavut
Rayon Kikiktaaluk
Yerləşməsi Baffin Torpağı
Yaxın şəhər Panqnirtunq, Kikiktarjuak
pc.gc.ca/fr/pn-np/nu/auy…
pc.gc.ca/en/pn-np/nu/auy…
Auyuittuk Milli Parkı xəritədə
Auyuittuk Milli Parkı
Auyuittuk Milli Parkı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Auyuittuq Milli Parkı (ing. Auyuittuq National Park) — Kanadanın Nunavut bölgəsində, Baffin Torpağının Kumberlend yarımadasında, Kikiktaaluk regionunda yerləşən milli park.[1] Milli parkda xeyli fiord, artik səhra, qleyzer, buzla örtülü ərazi yerləşir. İnuktitut dilində (Nunavut bölgəsinin yerli İnuit xalqının dili) Auyuittuk sözü (ᐊᐅᔪᐃᑦᑐᖅ) "heç vaxt əriməyən yer" mənasını verir. Burada 1976-cı ildə milli park qoruğu qurulsa da, ancaq 2000-ci ildə rəsmən milli park statusu almışdır.

Milli parkın bitki örtüyü zəifdir. Burada ancaq driada, kampion, lalə, daşdələn kimi çiçək növləri, betula nana, Artika söyüdü, süpürgəotu kimi kollara rast gəlmək mümkündür. Bitki növlərinin çoxu soyuq Artika iqlimində sağ qalmaq üçün toplu şəkildə bitir.

Bitki örtüyünün çox zəif inkişaf etməsi səbəbi ilə heyvan növləri də çox azdır. Milli parkda 12 məməli növü (lemminq, artika dovşanı, qaqum, ağ ayı, qütb tülküsü, karibu) yaşayır.

Ən yaxın şəhərlər Panqnirtunq[2] və Kikiktarjuakdır. Ziyarətçilər "Kanada Parkları"ndan icazə alaraq milli parkı ziyarət edə bilərlər.

Milli parkda ən tanınmış yer Akşayuk keçididir. Bu keçidin yaxınlığından Summit gölündən başlanğıc götürən Bayquş və Gəlincik çayları axır. 2008-ci ildə isti hava və güclü yağışlar səbəbi ilə Summit gölü və Gəlincik çayı daşmış və bu səbəblə bir çox yürüyüş zolağı bağlanmışdır.

Milli parkda 800 metr hündürlüyündəki Asqard dağı ("Məni sevən cəsus" adlı Ceyms Bond filmində göstərilmişdir) və 1250 metr hündürlüyündəki Tor dağı yerləşir.

  1. "Visitor Information Package". 2013-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-01.
  2. "Arxivlənmiş surət". 2019-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-01.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]