Avaddon | |
---|---|
Təsir sahəsi | uçurum[d] |
Cinsi | kişi[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Avaddon, həmçinin Avvadon, Abaddon, Abbadon, Abadonna[1] (q.yəh. אבדון, Ǎḇaddōn; ölüm, çürümə;[2] məhv, varlığın dayanması[3]) — iudaizm və xristianlıqda termin. Həm məhv yeri, həm də uçurumun mələyi kimi təqdim edilir.
Əhdi-ətiqdə "ölüm" və "cəhənnəm" sözlərinin yanında işlənir. Kölgələr aləmini adlarındandır. Sinonimi şeoldur.[4]
Braun–Drayver–Briqqs leksikonuna görə, ivrit dilindəki "אבדון/ăḇadōn" sözü sami kökünün intensiv formasıdır və "ölmək" mənasında olan "אָבַד/'ăḇāḏ" kökündən törəmiş feildir. Yəhudi Bibliyasında bu sözə 184 dəfə rast gəlinir. Yəhudi Bibliyasının yunan dilinə erkən tərcüməsi olan Septuaginta ""ἀπώλεια" (𝘢𝘱𝘰́𝘭𝘦𝘪𝘢) kimi yazılmışdır, bu da "məhv etmək" mənasını verən "ἀπόλλυμι" sözünün feili sifət halıdır.[5]