Avaş çayı | |
---|---|
Ölkə | |
Uzunluğu |
|
Hövzəsinin sahəsi | 64.000 km² |
Rəsmi adı | Lower Valley of the Awash |
Tipi | Mədəni |
Kriteriya | (ii), (iii), (İv) |
Tarixi | 1980 (4-cü sessiya) |
İstinad nöm. | 10 |
Ölkə | Efiopiya |
Region | Afrika |
Vikianbarda əlaqəli mediafayllar |
Avaş (bəzən yazılışda Havaş; afar. We'ayot; somali. Webiga Dir ) — Efiopiyanın əsas çayıdır. Çay axını tamamilə Efiopiya sərhədləri daxilindədir. Avaş çayı Qarqori gölü ilə başlayan və Cibuti ilə sərhəddəki Abbe gölü ilə bitən, Tacura körfəzinin başlanğıcından 100 kilometr (62 mil) məsafədə yerləşən bir-biri ilə əlaqəli göllər zəncirinə axır. Corc Huntiqforda görə Awash çayı XVI əsrdə Dir qəbiləsinin böyük çayı adlanırdı və müsəlman dövlətlərinə qədər uzanırdı.[1]
Efiopiya Mərkəzi Statistika Agentliyinin yaydığı məlumatlara görə, Avaş çayının uzunluğu 1200 kilometrdir.[2] Frank Riçardson Encyclopædia Britannica Eleventh Edition-dakı məqaləsində çayı belə təsvir edir: "quru mövsümdə eni təsminən 200 fut (61 m), dərinliyi 4 fut (1.2 m) olan dərin bir axındır və su əvvəlki səviyyəsindən 50–60 metr (160–200 ft) yuxarı qalxır və beləliklə hər iki sahili boyunca düzənliklər su altında qalır."[3]
İnsanlar növün başlanğıcından etibarən Avaş vadisində yaşayırdılar. Orta Avaş insanlara qədərki çox sayda hominid qalıqlarının tapıldığı yer olmuşdur.[4] Təxminən 9 N-dən aşağı olan Avaş vadisi Afar xalqının və İssa qəbiləsinin ənənəvi evidir.[5] Avaş vadisi tarixi vilayətlərin və ya Davaro, Fataqar, İfat və Şeva krallıqlarının ərazilərinə daxil edilmişdi.[6] Şevadan başqa bütün bu əyalətlər 16-cı əsrdə Amhar xalqının gəlişi ilə yox oldu.
Avaşın məcrasını izləyən ilk avropalı 1933/1934-cü illərdə Avaş şəhərindən başlayaraq Abhebad gölünün sonuna qədər çayın axarını izləyən və şərqdə Tacura ekspedisiyasını davam etdirən Uilfrid Tesaycer idi. Lakin ondan əvvəl kəşfiyyatçı L.M.Nesbitt 1928-ci ildə Avaşın gedişatını izləmiş, Asaitadan sonra çaydan üz döndərmiş və Afar boğazından keçərək Qırmızı dənizə getmişdi.[7]
1960-cı ildə Avaş çayı üzərində Koka Anbarı tamamlandı. Anbar açılışı ilə ərazidəki əsas su elektrik enerjisi mənbəyinə çevrildi. Nəticədə çıxan şirinsulu göl, Qelila gölü (Koka anbarı kimi də tanınır) təxminən 180 kvadrat kilometr əraziyə malikdir. Həm göl, həm də bənd artan çöküntü ilə təhdid olunur.
Avaş Beynəlxalq Bankı Avaş çayının şərəfinə adlandırılmışdır.