Avqusteum

Avqusteum (cəm halda Avqustea) Avqust imperial ləqəbi ilə adlandırılmış Qədim Roma dinində imperiya kultu yeridir.[1] Roma imperiyasının Yunan Şərqində bu cür yerlər Sebasteon adlandırılırdı. Bu cür yerlərə nümunə olaraq Sebastiya/Samariya, Konstantinopol, Afrodisias, Pisidiya Antioxiyası, Karfagen və ən məşhur nümunələrdən biri olan Ankara Avqusteumunu göstərmək olar.

XVIII əsrdən etibarən termin akademik və mədəni binalar üçün də istifadə edilməyə başlnmışdır ki, bu cür avqustealara nümunə kimi Leyptziq, OldenburqVittenberq avqustealarını göstərmək olar.

  1. Edward Gibbon - The History of the Decline and Fall of the Roman Empire, II volume, səh. 546
  2. "Augusteum". Excursiopedia. 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 mart 2016.