Avropa Atom Enerjisi Birliyi Euratom | |
---|---|
European Atomic Energy Community | |
| |
Növü | Beynəlxalq təşkilat |
Yaranma tarixi | 1 yanvar 1958 |
Mərkəzi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Avropa Atom Enerjisi Birliyi (ing. European Atomic Energy Community) və ya qısaca Avratom[1] — atom enerjisinin istehsalı və istifadəsi sahəsində birgə işlərin əlaqələndirilməsi və maliyyələşdirilməsi, atom sənayesinin ikişafı, nüvə energetikası sahəsində tədqiqatların aparılması, parçalanan materialların istifadəsi üzərində nəzarətin həyata keçirilməsi və s. üzrə Avropa dövlətləri təşkilatı.[2]
1957-ci ildə yaradılması haqqında sazişi Avropa İqtisadi Birliyinin 6 üzvü — Fransa, AFR, İtaliya, Niderland, Belçika və Lüksemburq imzalamışlar.[3] Saziş 1958-ci il yanvarın 1-dən qüvvəyə minmişdir. 1957cü ildən Böyük Britaniya, İrlandiya və Danimarka Avratoma daxil olmuşlar. Onun rəsmi vəzifəsi nüvə sənayesi yaratmaq və inkişaf etdirməkdir.[4][5]
1959-cu ilin yanvarında Avratomun üzvləri nüvə materiallarının ticarəti üzrə ümumi bazar yaratdılar. Bununla əlaqədar tədqiqat işləri aparmaq, texniki informasiyaları mübadilə etmək, kapital qoyuluşuna maraq oyatmaq, çox baha başa gələn müəssisələri qarşılıqlı surətdə tikmək, nüvə xammalı ilə təchizat, kapital və işçi qüvvəsinin sərbəst hərəkəti və s. nəzərdə tutulur. Avratomun proqramı, hər şeydən əvvəl, iştirakçı ölkələrdə yanacaq-enerji çatışmazlığı probleminin həllinə yönəldilmişdir.[6][7]
1960-cı ildə atom energetikası sənaye inkişafı mərhələsinə çatmışdır. İştirakçı ölkələrdə iri AES və müəssisələr tikilmişdir. Yarandığı vaxtdan Avratom AİB ilə ümumi Assambleyaya (Avropa Parlamenti) və Məhkəməyə malik idi. Təşkilatın baş icraçı orqanı nüvə energetikası inkişafına rəhbərlik etmək üçün lazımi səlahiyyətlət verilmiş Komissiya olmuşdur. 1967-ci ildə AİB, Avratom və Avropa Kömür və Polad Birliyinin icraçı orqanları birləşmişdir. 1974-cü ildə Atom elektrik stansiyalarının gücü 13434 min kvt-a çatdırılmışdır. Avratomun layihələrinin həyata keçirilməsi iştirakçı ölkələr arasında və onlarla digər ölkələr arasında kəskin ziddiyyətlər yaradır. 1973-cü ilin axırlarında enerji böhranının güclənməsi və bununla əlaqədar idxal olunan enerji ehtiyatlarına çəkilən xərclərin artması Avratom üçün ciddi problemə çevrilmiş, nüvə enerjisi sahəsində hökmranlıq uğrunda mübarizə güclənmişdir.
Avratomun yaradılması haqqındakı müqaviləyə 1973-cü ildə Danimarka, İrlandiya və Böyük Britaniya, 1981-ci ildə Yunanıstan, 1986-cı ildə İspaniya və Portuqaliya da qoşulmuşdur. Maadtrixt müqaviləsi qüvvəyə mindikdən sonra 1993-cü ildə Avratom Avropa İttifaqı strukturuna daxil olmuşdur.[8]
Avropa Atom Enerjisi Birliyinin məqsədləri nüvə enerjisi üçün bir model bazarı yaratmaq, bunu birliyin üzv ölkələri arasında paylamaq və qalan enerjini birliyə üzv olmayan digər ölkələrə satmaqdır.