Avropa qara şamı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Şöbə: Sinif: Yarımsinif: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Avropa qara şamı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Avropa qara şamı (lat. Larix decidua) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin qara şam cinsinə aid bitki növü.
Qərbi və Şimali Avropanın qarışıq meşələrində, şərqdə isə Karpat dağlarına qədər yayılmışdır. Təbii arealının sərhədləri Alp və Karpat dağlarında əsaəsn dağlıq ərazidə olub, 1000-2500 m hündürlükdə yerləşir. Aşağı sahələrdə küknar və qara şamla qarıçıq bitir. Bu növ uzunömürlülüyü ilə fərqlənir, 500 və daha çox il yaşayır. Hündürlüyü 35-50 m-ə çatır. Çətiri konusvarı, əyilən budaqlardan ibarətdir. Gövdəsinin diametric 1,6 m, qabığı qonur rəngli və dərin çatlıdır. İynəyarpaqları açıq-yaşıldır, çox zaman mavi təbəqə ilə örtülü olur. Qozaları sentyabrda yetişir, lakin növbəti ilin yazında açılır. Budaqları üfüqi və ya yuxarı qalxan, nazikdir, tez böyüyür. İynəyarpaqları zərif, ensiz-xətvarıdır, uzunluğu 1,5-4,5 sm-ə çatır, rəngi parlaq-yaşıl, payızda isə qızılı-sarı olur, qışda tökülür. Uzunluğu 2,5-4 sm-ə çatan qozaları yumurtavarı-konusvarı, qonur rənglidir. Cavan qozaların toxum qabıqlarının kənarları dalğalı, seyrək tükcüklü, yetişmiş qozalarda hamar, enli-yumur, zəif qabarıq, kürəyində zolaqlı, çılpaqdır. Toxumları yumurtavarıdır. 3-4 mm uzunluqda, qanadları isə 18 mm uzunluqda olur. Kənar qabıqları uzunluğuna görə toxum qabıqlarının 2/3 hissəsinə bərabərdir. İçərisində 40-50 ədəd toxum olur, toxumla çoxalır. Avropa qara şamı məhsuldar, orta rütubətli, şəffaf torpaqlara tələbkar, işıqsevəndir.
Avropa qara şamı sahələrin və sənaye ərazilərinin yaşıllaşdırılmasında geniş istifadə olunur. Hər 0,5 m məsafədən canlı hasar kimi əkilir. Qubada, Gəncədə və Bərdədə tək-tək nümunələrinə təsadüf edilir. Qrup və tək əkinlər üçün yararlıdır. Böyümə dövründə üzvi gübrələr verilməlidir.