Avrorina sarıcası | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Avrorina sarıcası |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Avrorina sarıcası (lat. Colias aurorina) — pulcuqqanadlılar dəstəsinin ağ kəpənəklər fəsiləsinə aid nadir növ.
İri kəpənəkdir, qanadları açılmış halda 60–70 mm olur. Ön qanadının uzunluğu 25–31 mm-dir. Qanadların rəngi kərpici-narıncı olub, kənarlarə bozumtul-qara haşiyəlidir. Dişilərdə bu haşiyə sarı ləkəlidir. Ön qanadların ortasında qara, arxa qanadların ortasında isə qırmızımtıl-narıncı ləkə vardır.[1]
Suriya, Livan, Türkiyə, İran, Yunanıstan, Qafqaz, Orta Asiyada yayılmışdır. Azərbaycanda Naxçıvan MR-da (Şahbuz rayonu), Şamaxı rayonunda (Astraxanka), Altıağacda, Talışda (Zuvand) rast gəlinir.[2]
Kəklikotunun, traqakantın, gəvənin çox olduğu kserofil bitki örtüklü quru yamaclarda yaşayır. Mayın axırından iyunun axırına qədər, bəzən iyulun əvvəlinə qədər uçur. Erkəklər otun üzərinə qonan dişi axtarmaq üçün yer üzərindən sürətlə uçuşurlar. Tək-tək hallarda çiçəkləyən kəklikotu bitkisi üzərinə qonaraq nektarla qidalanır. Dişilər daha yavaş və az-az hallarda uçurlar. Dişilər iki rəng modifikasiyasına malikdir — ağ və parlaq narıncı. Yumurtalarını iyunun ikinci yarısında tikanlı gəvənin üzərinə qoyur. Tırtılları iyulda və avqustun əvvəlində həmin bitkinin yarpaqları ilə qidalanır. Puplaşma kolların içərisində baş verir, pupları qışlayır. İldə bir nəsil verir. Təbii düşməni və xəstəlikləri məlum deyil.[3]
R. Əffəndi tərəfindən 4 kəpənəyi qeydə alınmışdır. Altıağacda P. İ. Bedı tərəfindən 1981-ci ildə, B. A. Xramova tərəfindən 1983–1997-ci illərdə qeydə alınmışdır.
Tırtılların qidasını təşkil edən gəvənin yerli əhali tərəfindən toplanması, həvəskar kolleksiyaçılar tərəfindən tutulması məhdudlaşdırıcı amillərdəndir.
Azərbaycanın Qırmızı kitabının I nəşrinə daxil edilmişdir.
Kəpənəyin yayıldığı ərazilər qorunmalıdır. Bu ərazilərdə kəpənəyin qida bitkisi olan kəklikotu və gəvənin əhali tərəfindən toplanmasının qarşısı alınmalıdır. Kəpənəyin Azərbaycan şəraitində biologiyası öyrənilməli, yayıldığı ərazilərə müntəzəm monitorinqlər təşkil edilməlidir.