Avstraliya bayrağı

Avstraliya İttifaqının bayrağı
Təfərrüatlar
Proporsiya 1:2
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Avstraliya bayrağı (ing. Flag of Australia) — ölkənin dövlət rəmzlərindən biri. Bayraq 1:2 proporsiyalı göy rəngli düzbucaqlı taydan ibarətdir.

Sol üst rübündə Britaniya bayrağı əks olunub. Bundan əlavə, Avstraliya bayrağında altı ağ ulduz təsvir olunub, onlardan beşi tayın sağ hissəsində Cənub Xaçı bürcü şəklində əks olunub, bir böyük ulduz isə sol aşağı rübün mərkəzində yerləşdirilib.

Bayraq 1901-ci ildə federasiya yaradılandan az sonra qəbul edilmişdir. O, bir çox ölkə nümayəndələrinin iştirak etdiyi müsabiqə nəticəsində seçilmişdir. Sonrakı illər ərzində o, Avstraliya və Britaniya hakimiyyətləri tərəfindən bəyənilmişdir, lakin bayrağın dəqiq xarakteristikaları bir neçə dəfə dəyişikliklərə məruz qalmışdır. Müasir bayrağın xarakteristikaları 1934-cü ildə dərc edilmişdir, 1954-cü ildən isə bayrağa qanunvericiliklə "Avstraliya milli bayrağı" statusu verilmişdir. Ölkədə respublikaçıların təsiri güclü olduğundan, 1990-cı illərin ortalarından bayrağda Britaniya bayrağının təsvir olunması tez-tez tənqid edilir.

Bayrağın qanunverici izahı 1953-cü il tarixli "Bayraq haqqında" qanunda (ing. Flags Act 1953) verilib.

"Yunion Cek" kimi də tanınan Böyük Britaniyanın bayrağı, Birlik ulduzu (və ya Federasiya ulduzu, yaxud Hadar) və Cənub Xaçı bürcü Avstraliya bayrağının üç əsas elementini təşkil edirlər[1].

Ən çox yayılmış fikirə görə, Böyük Britaniyanın bayrağı həm Avstraliya Federasiyasının yaradılma prinsiplərini, həm də ölkənin keçmişini simvolizə edir, belə ki əvvəllər Avstraliya Britaniyaya aid 6 koloniyadan biri idi[1][2]. Lakin, siyasi baxımından, Böyük Britaniya bayrağının Avstraliya bayrağının üstünə əlavə olunması Avstraliyanın o dövürdə dünyanın aparıcı ölkələrindən biri olan Britaniya İmperiyasına sədaqətini nümayiş etdirməli idi[3].

Yeddiguşəli Birlik ulduzu əvvəlcə altıgüşəli idi, bu federasiyanı yaradan altı müstəmləkənin rəmzi idi[3]. Lakin 1905-ci ildə Avstraliyaya Papua Ərazisi birləşdirildi, ona görə də 1908-ci ilin yayında ölkə hökumətinə ulduzun yeddiguşəli edilməsinə dair təklif verildi. 19 dekabr 1908-ci ildə "Avstraliya İttifaqının hökumət bülleteni" bayrağa aid Britaniya Admirallığının razılıq verdiyi düzəlişlər barədə xəbərləri yaydı, dəyişdirilmiş dizayn isə ilk dəfə bir neçə ay sonra, 22 may 1909-cu ildə, dərc olundu. Bununla belə dəyişikliklərin tam təsviri və yeni bayrağın xarakteristikası yalnız 23 mart 1934-cü ildə yayıldı[4]. O vaxtdan, yeni ərazilərin birləşdirilməsi və yaranmasına baxmayraq, Birlik ulduzunun gülşə sayı dəyişməz qaldı, gülşə sayına Papua-Yeni Qvineyanın 1975-ci ildə müstəqilliyini əldə etməsi belə təsir etmədi.

Cənub yarımkürəsində ən parlaq bürclərdən biri olan Cənub Xaçı qitədə hələ ilk Britaniya məskən salmaları dönəmindən Avstraliyanın rəmzi hesab edilir[1]. Bayrağın müəlliflərindən biri İvor Evansın fikrincə, Cənub Xaçı həmçinin Dante Aligyerinin bürcün dörd əsas ulduzuna aid etdiyi dörd xasiyyəti (müdriklik, ədalətlik, cəsarətlik və mülayimlik) əks etdirməli idi[5]. Müasir bayrağda Cənub Xaçı bürcünün ulduzlarının gülşə sayı ilkin variantdan fərqlənir, əvvəl onların sayı hər ulduzda 5 və 9 arasında idi ki, bu da onların gecə səmasında nisbi parlaqlığına işarə edirdi[1]. Lakin 1908-ci ildə Britaniya Admirallığı ən yaxşı simmetriyaya nail olmaq və bayraq hazırlanmasının xərclərinin azaldılması üçün bütün ulduzları standartlaşdırdı. O vaxtdan Cənub Xaçının dörd iri ulduzu yeddigülşəlidir, ən kiçik ulduz isə beşgülşəlidir (yenilənmiş dizayn rəsmi olaraq 1909-cu il mayın 22-də "Avstraliya İttifaqının hökumət bülleteni"ndə dərc olunmuşdur)[6],

Avstraliya bayrağında Böyük Britaniya bayrağında istifadə olunan eyni rənglər istifadə olunub: göy, qırmızı, (sadəcə göy üstünlük təşkil edir). Hər üç rəng ölkə tarixini əks etdirir. 1901-ci ildə onlar həmçinin Britaniya İmperiyasına sadiqliyi təcəssüm edirdi. Bununla belə bayraq üzərindəki göy rəngin daha geniş açıqlaması var: o ehtimallardan birinə əsasən, o, Avstraliyanı eyni anda həm materik, həm də ada olmasını təsvir edir, digər fikirə əsasən, bu rəng ilk sakinlərin buraya dənizi keçərək gəlməsi ilə bağlıdır[7].

Bayrağın müasir dizaynın tam təsviri 1934-cü ildə "Birliyin hökumət bülleteni"ndə (ing. Commonwealth Gazette) dərc edilmişdir[8].

Həndəsi quruluşu

[redaktə | mənbəni redaktə et]

"Bayraq haqqında" qanuna əsasən, Avstraliyanın milli bayrağı aşağıdakı tələblərə cavab verməlidir[9]

  • Böyük Britaniya bayrağının təsviri bayrağın yuxarı sol rübündə yerləşir[10];
  • Avstraliyanın 6 ştatı və digər əraziləri simvolizə edən böyük ağ ulduzun təsviri sol aşağı rübün mərkəzində yerləşir və beləcə Böyük Britaniyanın bayrağının tərkibindəki müqqədəs Georqun bayrağının mərkəzinə işarə edir[10];
  • Cənub Xaçı bürcünün rəmzi olan beş ağ ulduz tayın sağ yarısında yerləşir[10].

Birlik ulduzun xarici diametri bayraq eninin 3/10 hissəsini tutur, Cənub Xaçının qalan ulduzlarının xarici diametri isə 1/7 hissəsini, lakin epsilon istisna olmaqla, hansının ki xarici diametri bayraq eninin 1/12 hissəsini təşkil edir. Hər bir ulduzun daxili diametri xarici diametrin 4/9 hissəsini təşkil edir[10].

Bayrağın rəngləri "Bayraq haqqında" qanunda təsbit edilməsə də, onun Pantone xarakteristikaları Baş Nazir və Kabinet Departamentinin Mükafat və Mədəniyyət Şöbəsi tərəfindən müəyyənləşdirilib[11]. Bundan başqa, CMYKRGB xarakteristikaları Avstraliya hökuməti tərəfindən hazırlanmış "Style Manual for Authors, Editors and Printers" təlimatında yerləşdirilib[12].

Model Göy Qırmızı
Pantone 280C 185C Safe
RGB (Hex) 0–0-139

(#00008B)

255–0-0

(#FF0000)

255–255-255

(#FFFFFF)

CMYK 100 % — 80 % — 0 % — 0 % 0 % — 100 % — 100 % — 0 % 0 % — 0 % — 0 % — 0 %

1901-ci il federal bayrağının tərtibi

[redaktə | mənbəni redaktə et]

1901-ci ilə qədər Avstraliya altı İngilis koloniyası qrupundan ibarət idi. Yunion Cek, Britaniya İmperiyasının bayrağı kimi[1], tez-tez onların kollektiv təmsilçiliyi üçün istifadə olunurdu, eyni zamanda hər bir koloniyanın Yunion Cekin əks olunduğu bayraqları var idi.[13]

XIX əsr boyu iki dəfə milli bayraq yaratmaq cəhdi görülmüşdür. Onlardan birincisi 1823–1824-cü illərə təsadüf edir ki, Con Nikolson və Con Binql milli müstəmləkə bayrağını tərtib etmişdilər.[13] O, üstündə Britaniya bayrağı, Müqəddəs Corc Xaçı (İngiltərənin rəmzi) və dörd ağ ulduzun təsvir olunduğu ağ taydan ibarət idi. Nikolsona görə, bu bayraq İngiltərə Admirallığı tərəfindən təsdiqlənmiş və 1823-cü ildə Yeni Cənubi Uels qubernatoru tərəfindən Avstraliya milli bayrağı olaraq qəbul edilmişdir, lakin bunun heç bir yazılı sübutu qalmamışdır.[14] Bununla birlikdə, milli müstəmləkə bayrağı ilk Avstraliya bayrağı hesab olunur, hansının ki üstündə Cənubi Xaç təsvir olunmuşdur.[15]

Ancaq "milli" bayraq qismində ən çox 1831-ci ildə Con Nikolson tərəfindən tərtib edilən Avstraliya federal bayrağı qəbul olunurdu. Bayrağın dizaynı əsasən 1823–1824-cü illərdəki milli müstəmləkə bayrağına çox bənzəyirdi, lakin eyni zamanda əhəmiyyətli fərqlər var idi: mərkəzi xaç mavi rəngdə idi və onun üstündə dörd deyil, beş ulduz təsvir olunmuşdur. "Bir xalq, bir tale, bir bayraq" (ing. One People, One Destiny, One Flag) şüarı kimi, federal bayraq 1880–1890-cı illərdə xüsusi populyarlıq qazandı ki, Avstraliya federal hərəkatının simvoluna çevrilmişdir.[16]

  1. 1 2 3 4 5 Department of the Prime Minister and Cabinet. Awards and Culture Branch. Australian Flags symbols. — Australian Government Publishing Service, 2006. — С. 2–3. — ISBN 0642471347.
  2. Australian National Flag Arxivləşdirilib 2011-08-10 at the Wayback Machine (ing.). Flag Society of Australia Inc and Pennant Advisory Services Pty Limited. Arxivləşdirilib Arxivləşdirilib 2020-09-28 at the Wayback Machine 20 avqust 2011-ci il.
  3. 1 2 Evans, I. The history of the Australian flag. — Melbourne: Evan Evans, 1918.
  4. Carol A. Foley. The Australian flag: colonial relic or contemporary icon? — Federation Press, 1996. — С. 81–82. — ISBN 1862871884.
  5. Kwan, Elizabeth. Flag and Nation: Australians and their national flags since 1901. — UNSW Press, 2006. — С. 96–97. — ISBN 0868405671.
  6. Carol A. Foley. The Australian flag: colonial relic or contemporary icon? — Federation Press, 1996. — С. 83. — ISBN 1862871884.
  7. Carol A. Foley. The Australian flag: colonial relic or contemporary icon? — Federation Press, 1996. — С. 80. — ISBN 1862871884.
  8. Commonwealth of Australia Gazette No. 18, 23 March 1934
  9. Flags Act 1953 Arxivləşdirilib 2011-07-28 at the Wayback Machine(ing.). Commonwealth Consolidated Acts. 20 avqust 2011-ci il.
  10. 1 2 3 4 Department of the Prime Minister and Cabinet. Awards and Culture Branch. Australian Flags symbols. — Australian Government Publishing Service, 2006. — С. 1. — ISBN 0642471347
  11. Department of the Prime Minister and Cabinet. Awards and National Symbols Branch. Australian Flags symbols. — Australian Government Publishing Service, 2000. — ISBN 0642471312.
  12. revised by Snooks & Co. Style Manual for Authors, Editors and Printers. — 6th. — Milton, Qld.: John Wiley & Sons, 2002. — ISBN 0 7016 3648 3.
  13. 1 2 Department of the Prime Minister and Cabinet. Awards and Culture Branch. Australian Flags symbols. Australian Government Publishing Service. 2006. 37. ISBN 0642471347.
  14. Carol A. Foley. The Australian flag: colonial relic or contemporary icon?. Federation Press. 1996. 38. ISBN 1862871884.
  15. "Some of the Significant Historical Flags of Australia" (ingilis). Flag Society of Australia Inc and Pennant Advisory Services Pty Limited. 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-05-07.
  16. "The Australian Federation Flag (1831—1900)" (ingilis). Australian National Flag Association. 2006-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-05-08.