Bu məqaləni vikiləşdirmək lazımdır. |
Avstraliya–Okeaniya xalqları — Dünya xalqları ailəsindən Avropalılar tərəfindən dünyanın beşinci qitəsi kimi kəşf olunan Avstraliyanın sahəsi 7,7 milyon kv.km-dir. Okeaniyanın sahəsi isə 1,3 milyon kv.km-dir. Geoloji baxımdan Avstraliya materiki dünyanın ən qədim kontinentidir. Ən yüksək nöqtəsi isə materikin şərqində yerləşən Kostyuşko zirvəsidir və dəniz səviyyəsindən hündürlüyü 2200 metrdir. Avstraliya tropik və subtropik zonada yerləşməklə faunası yoxsuldur. Materik tektonik cəhətdən ən sabit region hesab olunur.
Avstraliya və Okeaniyanın əhalisinin mənşəyi barədə bir çox alimlər müxtəlif fikirlər söyləyir və bu yerlərin məskunlaşması tarixini araşdırmağa təşəbbüs göstərirlər. Son 20–25 il ərzində bu problemin öyrənilməsi arxeoloji qazıntı materiallarına və bu bölgədəki mövcud dillərin dərin etnolinqvistik təhlilinə əsaslanaraq tam elmi bünövrə üzərinə qoyulmuşdur. Bu tədqiqatlardan aydın olur ki, bu ərazidə ilk dəfə Avstraliya və Yeni Qvineya məskunlaşmışdır.
Bütün tədqiqatları və etnolinqvistik xüsusiyyətləri nəzərə alaraq Okeaniyada aşağıdakı tarixi-mədəni rayonları qeydə almaq mümkündür:
Okeaniya adalarında Avstraliyadan fərqli olaraq mədəni inkişaf səviyyəsi müxtəlif olmuşdur. Burada əhalinin dili və antropoloji quruluşu da kəskin surətdə fərqlənmişdir. Okeaniya əhalisini aşağıdakı qruplarla təsnif edirlər:
Papuaslar, əsasən, Yeni Qvineyada yaşayırlar. Yeni Qvineya adası Qrenlandiyadan sonra dünyada ikinci böyük adadır. Adanın sahəsi 785 min kv.km-dir. Papuasiya adlanan ərazidə 750-yə qədər etnos yaşayır ki, bunların 572-si papuasdır. Ən böyük papuas etnosları enqa, çimbu, xaqen, kamano, xuli və başqalarıdır. Hazırda papuasların əksəriyyəti kəndlərdə yaşayırlar. Yeməkləri isə əksər vaxtlarda bitki mənşəli yeməklərdən ibarət olur. Papuaslarda nəsil ata xətti üzrə hesablanırdı. Papuaslar arasında ən geniş yayılan dini inamlar totemizm və magiya olmuşdur.
Melaneziyanın da etnik tərkibi olduqca mürəkkəbdir. Burada 200-ə qədər etnos yaşayır. Bunların böyük çoxluğunu avstroneziya dilləri (600 min), az bir qismini papuas dilləri (70 min) təşkil edir. Antropoloji baxımdan yerli əhali Avstraliya irqinə daxil olan kiçik melaneziya irqinə mənsubdur. Dilləri Malay-Polineziya dil ailəsinə daxildir. Əkinçilik, balıqçılıq və ovçuluq əsas peşələrdir. Melaneziya kəndləri dairəvi, küçəvari və pərakəndə plan quruluşuna malik olan məskənlərdir.
Melaneziyada ən yüksək ictimai quruluş Fici arxipelağında olmuşdur. Melaneziyalılar arasında fövqəltəbii qüvvələrə inam daha geniş yayılmışdı. Bundan başqa magiya, animizm, totemizm və s.etiqadlar da olmuşdur.
Polineziyalıların antropoloji quruluşu və dilləri onları birbirinə yaxınlaşdırır. Onların boyu 170–173 sm, tünd qaraşın dəriləri, enli dalğavari saçları vardır. Polineziya dilləri də Malay-Polineziya dil ailəsinə mənsubdur. Polineziyalıların ən böyük etnosları maorilər, samoalar, tonqalılar, havaylılar və taitilərdir. Əvvəllər əkinçilik və balıqçılıq əsas məşğuliyyət olmuşdur.
Adətə görə polineziyalılar içki içərkən dodaqlarını qaba söykəmirdilər. Polineziyalılar mahir sənətkarlar sayılırlar. Polineziyalıların əksəriyyəti təlim-tərbiyə işlərinə ciddi əhəmiyyət vermişlər. Onların dini görüşləri digər Okeaniya xalqları ilə oxşardır. Polineziyalılar musiqi və rəqslərə də böyük diqqətlə yanaşırdılar. Polineziyanın Pasxi adasında yaşayan aborigenlərin özlərinə məxsus mədəniyyəti olmuşdur.
Hətta müəyyən olunmuşdur ki, onlar heroqlif yazıdan da istifadə etmişlər. Mikroneziyaya mənsub olan 2140 adadan 96 adada insanlar məskunlaşmışdır. Mikroneziyada 190 min yerli etnos yaşayır. Onlar da Malay-Polineziya dil ailəsinə mənsub dillərdə danışırlar. Etnoqrafik baxımdan Mikroneziya 2 hissəyə ayrılır:
Burada evlər bir qayda olaraq daş dirəklər üzərində tikilirdi. Əsas əmək alətləri ox və kaman, nizə və daş bıçaqlar idi. Balıqçılıq əsas məşğuliyyət sahəsi hesab olunur. Toxuculuq da geniş yayılmışdır. Mərkəzi və Şərqi Mikroneziyada əhali iki kastaya ayrılırdı: "Nəciblər" adlanan nəsli əyanlar və "Kayur" adlanan sadə adamlar. Okeaniyanın digər vilayətlərinə nisbətən Mikroneziyada ictimai münasibətlər bir qədər zəif öyrənilmişdir. Missionerlərin əksəriyyətinin müşahidələrinə görə burada intensiv olaraq ibtidai icma münasibətləri dağılır və əmlak bərabərsizliyi yaranırdı.
Etnik qrup haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |