Avstriya kinematoqrafiyası | |
---|---|
Ekran sayı | 577 (2011)[1] |
Əsas distribyutorlar | Uip 17.6% Warner Bros. 16.4% Constantin 14.4%[2] |
İstehsal olunan bədii filmlər | |
Uydurma | 35 |
Sənədli | 19 |
Buraxılış sayı (2011) | |
Cəm | 15,752,844 |
• Adambaşına düşən | 1.98 (2012)[3] |
Avstriya kinematoqrafı — Avstriya mədəniyyət və iqtisadiyyatının film istehsalı və onların auditoriyaya nümayişi ilə əlaqədar qolu.
Avstriyada ilk bədii film 1908-ci ildə çəkilmişdir ("Pillədən pilləyə", rejissor X. Hanus). 1920-ci illərdə Avstriyada işləyən macar rejissoru Aleksandr Kordanın "Şahzadə və dilənçi" (1920), "Samson və Dalila" (1923), Robert Vinenin "Orlakın əlləri" (1924) filmləri ilə Avstriya kinosunda müvəqqəti yüksəliş başlamışdı. Nasist ağalığı dövründə Avstriya kinematoqrafiyası tənəzzülə uğramışdı. İkinci Dünya müharibəsindən sonra antisemitizm əleyhinə çəkilmiş "Mühakimə" (1948, rejissor Georq Vilhelm Pabst) filmi Avstriya kinosunun nailiyyətidir. Avstriya kinosunda revü janrı ("Dünay övladı", 1951, rejissor Georq Yakobi; "Qızıl simfoniya", 1956, rejissor E. Bordozi), milli və xarici bəstəkarların həyatından alınmış bioqrafik filmlər – "Frans Şubert" (1953, rejissor V. Kilm-Velte), Motsartın həyatının son illərindən bəhs edən "Ver əlini, mənim həyatım" (1956, rejissor K. Xartl), pyes ("Uzaq ölkə", 1973, Artur Şnitslerin pyesi üzrə), opera ("Vindzor cici bacıları", 1965) və operettaların ekranlaşdırılması əsas yer tutur. 1950-ci illərin axırlarından etibarən Almaniya, ABŞ, Birləşmiş Krallıq, İtaliya, Fransa və başqa ölkələrin kino prokatları Avstriya kinosuna böyük təzyiq göstərməyə başlamışdır.[4]