Avtomatika i telemexanika

Avtomatika i telemexanika
Təsis tarixi 1936
Ölkə
Dil ingilis dili[1], rus dili
ISSN 0005-1179, 1608-3032
OCLC nömrəsi 474754871
springer.com/mathematics…
ait.mtas.ru
springeronline.com/journ…

"Avtomatika i telemexanika" (rus. Автоматика и телемеханика, ing. Automation and Remote Control; mənası – "Avtomatlaşdırma və telemexanika") — Rusiya Elmlər Akademiyasının Maşınqayırma, Mexanika və İdarəetmə Prosesləri Bölməsi, Rusiya Elmlər Akademiyasının Trapeznikov adına İdarəetmə Problemləri İnstitutu və Rusiya Elmlər Akademiyası İnformasiya Ötürmə Problemləri İnstitutu ilə birlikdə təsis edilmiş Rusiya jurnalı. Jurnal avtomatik idarəetmənin nəzəriyyəsi və texnologiyası sahəsində tədqiqat və inkişafları əks etdirir. Xüsusilə idarəetmə nəzəriyyəsinə həsr olunmuş dünyanın ilk elmi jurnalı plaraq tanınır. Jurnal "Nauka" nəşriyyatı tərəfindən nəşr olunur .

Baş redaktoru Rusiya Elmlər Akademiyasının müxbir üzvü Andrey Qalyayevdir.

1934-cü ildə SSRİ Elmlər Akademiyasının Rəyasət Heyəti akademik Aleksandr Çernışevin rəhbərliyi ilə könüllülük əsasında işləyən Avtomatika və Telemexanika Komissiyası təşkil etmişdir. Onun səyləri ilə 1935-ci ildə Avtomatlaşdırma, Telemexanika və Dispetçerlik üzrə Ümumittifaq Konfransı keçirilmişdir.

1936-cı ilin aprelində yeni jurnalın ilk nömrəsi çap üçün imzalanmışdır.

Çernışev özü ilk baş redaktor olmuşdur. 1938-ci ildə onu Elmlər Akademiyasının müxbir üzvü V. İ. Kovalenkov əvəz etdi. Nəşrin dövriliyi illik 50-yə yaxın müəllif vərəqi olan 6 nömrə, müharibədən əvvəlki illərdə tirajı 2500–3300 nüsxə arasında dəyişirdi.

1939-cu ilin iyununda Avtomatika və Telemexanika İnstitutu təşkil edildi və jurnalın nəşri onun yurisdiksiyasına verilmişdir.

Jurnal 1941-ci ildən 1946-cı ilə qədər olan uzun fasilə olan İkinci Dünya müharibəsi zamanı nəşr olunmamışdır.

1951-ci ildən 35 ildən artıq müddət ərzində jurnalın redaksiya heyətinə akademik Vadim Trapeznikov rəhbərlik etmişdir.

1956-cı ildən etibarən jurnal aylıq nəşr olunmağa və ingilis dilinə tərcümə olunmağa başlamış, "Springer" tərəfindən ABŞ-də "Automation and Remote Control" adı ilə nəşr edilmişdir.

1970-ci illərin ortalarından bəri illik həcmi 210–220 müəllif vərəqidir. Yarandığı gündən bu günə qədər jurnal 10,000-dən çox məqalə dərc etmişdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]