Avşalom mağarası | |
---|---|
ivr. מערת אבשלום | |
| |
Ümumi məlumatlar | |
Uzunluğu | 83 m |
Eni | 60 m |
Sahəsi | 5.000 m² |
Kəşf tarixi | may 1968 |
Giriş sayı | 1 |
İşıqlandırma | var |
Vəziyyəti | qoruq |
Yerləşməsi | |
31°00′00″ şm. e. 35°00′00″ ş. u.HGYO | |
Ölkə | İsrail |
Şəhər |
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Avşalom mağarası (iv.מערת אבשלום) və ya Sorek mağarası — İsraildə Ye'ela dağında 5,000 m² sahəyə sahin mağara.
Mağara 1968-ci ildə İsraildə Bet Şemeş şəhərinin 3 km şərqində yerləşən Hartuvda karxana işçiləri tərəfindən partlayıcı istifadə edildikdən sonra təsadüfən kəşf edildi. Mağara 83 m uzunluğunda, 60 m genişliyində və 15 m hündürlüyündədir.
Mağara adını İsrail-Misir müharibəsində (1967–1970) öldürülmüş israilli əsgər Avşolam Şohamdan götürmüşdür. Avşalom mağarası kəşf edildikdən sonra müharibədə təbii sərvətləri zərər görməsi deyə bir neçə il mövcudluğu gizlədilmişdir.
Mağaranın temperaturu il boyunca dəyişməz qalır. 1975-ci ildə bura Təbiət qoruğu elan edilmişdir. 2012-ci ildə mağarada yosunların bitməsinin qarşısını almaq üçün müasir işıqlandırma sistemi quraşdırılmışdır.
Mağarada yerləşən bəzi stalaqmitlərin uzunluğu 4 metr və yaşı 300.000 ildir.