Axoblanko | |
---|---|
Aid olduğu milli mətbəxlər | |
Mənşəyi | |
Tərkibi | |
Əsas |
|
Təfərrüatları | |
Tipi | Soyuq şorba |
Axoblanko (isp. ajoblanco) — İspaniya mətbəxinə aid, Qranada, Malaqa və Estremadura mətbəxlərində geniş istifadə olunan soyuq şorba[1]. Bu yemək qaspaçoya oxşayır və onun 4 əsas inqridiyentlərini (su, yağ, sarımsaq və çörək) əhatə edir[2]
Axoblankonun tərkibinə çörək, badam, sarımsaq, su, zeytun yağı, duz və bəzən sirkə daxildir. Adətən süfrəyə üzüm və ya qovun dilimləri ilə birlikdə verilir. Badam qıtlığı dövründə isə badam quru lobya və unla əvəz olunur.
Axoblanko şorbasının hazırlanmasında əsas ərzaq Əndəlus mətbəxindən götürülmüş badamdır. Bu yeməyin ilkin vətəni dəqiq olmasa da, ehtimal olunur ki o, ya Malaqada və ya Sevilyada meydana gəlmişdir.
Axoblanko şorbasına, bir qayda olaraq, köhnə, axşamdan qalan çörək qatılırdı. Badam və sarımsaq sirkə ilə qarışdırılır, ona su və zeytun yağı əlavə olunur və əzilir.
Qranadanın bəzi bölgələrində axoblankoya bişmiş kartof da əlavə olunur, nəticədə şorbanın qatılığı bir qədər artır. Malaqada Axoblanko şorbası təzə tərəvəz, muşket üzümü, alma və qovun dilimləri ilə verilir.
Hər il sentyabrın 2-də Malaqa vilayətinin Almaçar şəhərində Axoblanko festivalı keçirilir[3].