Ayaqlı ilan fosili | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Ayaqlı ilan fosili |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Ayaqlı ilan fosili — 2000-ci ildə Livanda, al-Nammourada tapılmışdır.
Miladdan əvvəl 92-ci ilə, təbaşir dövrünə aiddir. Adı fransız naturalist Didier Descouens-in şərəfinə adlandırılmışdır. Paris Təbiət Tarixi Muzeyində, Fransada saxlanılır. İkinci dəfə 2008-ci ildə araşdırılmışdır.
Uzunluğu 85 santimetrdir. Təbaşir dövrünün ikinci yarısında yaşamış olan bu ilan növü Eupodophis sahib olduğu üzvləri ilə məşhurdur. Onsuz da ilanların, üzvlərinin təkamül müddəti ərzində inkişafdan qalaraq təkamülləşmiş sürünənlər olduğu məlumdur, Eupodophis isə bunu dəqiq şəkildə təsdiq edənm "ara keçid növüdür". Aralıq dənizində yaşamış olduğu hesab edilən bu növ 2 ədəd tam inkişafdan qalmamış ön ayağa malikdir. Qabırğa və onurğalarındaki, digər sürünənlərlə müqayisədə daha qalın sümüklər növün su həyatına adaptasiya olduğunu göstərir. Onurğaya bağlı, olduqca kiçik və korlaşmış omba sümüyü var. Ayaqda lazım olan metatarsal və falanqa sümükləri isə tamamilə yox olmuşdur. Sümük, Qrenoblda yerləşən Avropa İşıq Qaynağı Tədqiqat Mərkəzində, sinkotron radiasiya təsislərində ətraflı analiz edilmiş və təkamül dəyişiklikləri dəqiq olaraq göstərilmişdir. Tədqiqatçıların bir neçə dəfə test etdikləri tədqiqatın nəticələri məlumdur: Növün qəti olaraq qıçları var. Bu qıçlar inkişafdan qalmışdır və bunlardan biri fosil qeydində görülür, digəri isə əhəng daşı içərisinə basdırılmış haldadır. Bu qıçların uzunluğu təxminən 2 santimetrdir. Növün qıçlarının quruluşu Gila canavarı və digər yaxın qohumlarla da müqayisə edilmişdir. Qıçların və qolların rudimentə çevrilməsi HOX genlərində meydana gələn təkamül dəyişikliklərindən qaynaqlanmış ola bilər. Bu rudimentin təkamül səbəbi isə suda hərəkətin daha hidrodinamik hal almış ola biləcəyi, növün qurudan dənizə keçiddə bir ara növ olmasıyla əlaqədar ola biləcəyi hesab edilir.
http://tekamulaz.blogspot.com/2013/10/ayaql-ilan-fosili_25.html
http://ru.wikipedia.org/wiki/Eupodophis_descouensi
http://www.redorbit.com/topics/eupodophis/[ölü keçid]
http://www.redorbit.com/topics/eupodophis/eupodophis-videos/[ölü keçid]
http://www.bbc.co.uk/search/news/?q=Eupodophis Arxivləşdirilib 2013-11-09 at Archive.today