Ayona | |
---|---|
ing. Iona şot.kelt I Chaluim Chille | |
| |
Ümumi məlumatlar | |
Sahəsi | 8,77 km² |
Uzunluğu | 5,6 km |
Eni | 1,6 km |
Hündür nöqtəsi | 101 m |
Əhalisi | 177 nəfər (2011-ci il) |
Yerləşməsi | |
56°19′48″ şm. e. 06°24′40″ q. u.HGYO | |
Ölkə | Böyük Britaniya |
Region | |
Rayon | |
Arxipelaq | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ayona (ing. Iona; şot.kelt I Chaluim Chille, ⓘ) — Böyük Britaniyanın tərkindəki Şotlandiyanın qərbində, Daxili Hebrid arxipelaqında ada. Arqayl-end-Büt dairəsi ərazisində yerləşir. Bərə vasitəsilə bağlanan Mall adasından təxminən 1 mil (1.6 km) uzaqda yerləşir. 2011-ci ilin əhali siyahıyaalmasına görə, adanın 177 nəfərlik bir əhalisi var.[1] Adanın ölçüsü – 5,6 km × 1,6 km.
Toponim gel dilindən tərcümədə "Müqəddəs Kolumbanın adası" deməkdir. Ada əsasən Müqəddəs Kolumbanın tikdirdiyi abbatlığa görə tanınır.[2][3]
563-cü ildə İrlandiya keşişi olan Müqəddəs Kolumba daha on iki din adamı ilə birlikdə adada bir monastır qurur. Bu, Şotlandiya və Şimali İngiltərədə yaşayan büdpərəstləri xristianlaşdırmaqda ilk addım idi.[a] Tezliklə adanın xristian doktrinasını qoruyan bir yer olaraq məşhurluğu Avropanın hər tərəfinə yayılır. Buna görə də Ayona dini ziyarətlərin mərkəzinə çevrilir.
Monastırda xidmət göstərən adamlardan biri Müqəddəs Kurvin idi.
Orta əsrlərin ən yaxşı miniatür və ornamentlərinə malik əsərlərindən biri olan "Kells kitabı" VIII əsrin axırlarında Ayonadakı monastırda hazırlanmışdır. 806-cı ildə Ayona bir vikinq dəstəsinin basqınına məruz qalmışdır.
Ada sadəcə əhəmmiyyətli dini mərkəz yox, eləcə də Dal Riada kralları və onların nəticələrinin dəfn edildiyi yer idi. Tarixi Şotlandiya kralları – Kennet mak Alpin, II Donald, I Malkolm, I Dunkan, Makbet və III Donald burada dəfn edilmişdir. Ayonanın 10 kilometr şimalındakı Staff adasında Fingal mağarası yerləşir.
1609-cu ildə adada Ayona statutları imzalanmışdır. Müqavilənin şərtlərinə görə, dağlıq ərazilərdə yerləşən klanlar Şotlandiya kralı VI Yakova tabe oldular.