Aysun Seydiyeva | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
![]() Aysun Seydiyeva | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Lökbatan, Azərbaycan | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | Azərbaycan | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Təhsili | Tam Orta Təhsil | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 1.75[1] | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 56[1] kq | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | Hücumçu | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Əsas ayağı | sağ | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Klub haqqında məlumat | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Klub |
![]() |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Nömrəsi | 21 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
![]() |
Aysun Seydiyeva (19 iyul 1997[2][3], Bakı) — azərbaycanlı peşəkar qadın futbolçu. "Neftçi" klubunun hazırkı, Azərbaycanın qadınlardan ibarət milli yığmasının isə keçmiş kapitanı. Aysun Seydiyeva futbol ictimaiyyətində həmçinin Aysun Əliyeva olaraq tanınır.
Aysun Seydiyevanın futbola marağı uşaq yaşlarından etibarən yarandı. O, artıq 13 yaşında "Neftçi" klubunda futbolun sirlərini öyrənməyə başladı. [4]
Peşəkar karyerasına 2010-cu ildə "Səbail" klubunda başladı. Orda 6 il çıxış etdikdən sonra, [5] Türkiyənin "1207 Antalyaspor Döşəməaltı" klubunda çıxış edib. [6][7][5][8]
2017-ci ildə "Samsun Yabancılar Pazarı" kıubunda çıxış edib.[8] Bir il sonra yəni 2018-ci ildə Sumqayıtın "Uğur" klubunda çıxış edib, Azərbaycan Yüksək Liqasının çempionu olub. [9][10] 2019-cu ildə legioner həyatında Qazaxıstanda davam edib. "Okjetpes" klubu ilə 6 aylıq müqavilə bağladı. [11][10] 2019-cu ilin digər yarısında isə, yenidən Türkiyəyə qayıdaraq "Fatih Vatanspor" klubunda çıxış edib. [8] 2020/2021 futbol mövsümündə Rusiyanın "Rubin Kazan" klubunda çıxış edib. [12] 2020-ci ildən Amin Seydiyev ilə evləndi. [13]
2021-ci ildə legioner həyatına Türkiyədə davam edərək "Ankara Büyükşehir Belediyesi" klubunda çıxış etdi. [8] 2021-ci ilin digər yarısında "Çaykur Rizespor" klubunda çıxış edib. [8][14]
Aysun Seydiyeva Türkiyədə çıxış etdiyi müddətcə 53 oyuna 6 qolla yadda qalmışdır. [8]
2022/2023-cü il futbol mövsümündə, karyerasına fasilə verdi.
2023/2024-cü il mövsümündən "Neftçi" klubunda çıxış edir.
2010-cu ildə Azərbaycan U15 millisində, 2011/2012-ci il futbol mövsümündə U17 liqasında, 2018/2019-cu illərdə U19 və daha sonra isə [15] 2020-ci ildən A Millidə çıxış edir [16][17]
2020-ci ildə Azərbaycan millisinin kapitanı idi. [18]
Tarix | Hadisə | Dəqiqə | Rəqib | Yekun Hesab | |
---|---|---|---|---|---|
11.06.2021 | Qol | 66 | Gürcüstan | 2–3 | |
23.02.2021 | Qol | 50 | Moldova | 1–0 | |
Ümumi | Qol:2 |