Aytvaras | |
---|---|
lit. Aitvaras | |
Aytvaras (lit. Aitvaras) — Litva mifologiyasında sevdiyi bir ailəyə sərvət, inciklik halında isə kədər gətirən, odlu ilan şəklində uçan ruh. Kabus və inkubdur.[1] Aytvaras Latviya mifologiyasında Valniasla qohumdur və Pukeyə uyğundur, slavyan mifologiyasında isə "Od ilanı"na yaxındır.[2] Aytvaras artıq XVI əsrdə digər Litva tanrıları ilə yanaşı Martinas Majvinas tərəfindən qeyd edilmişdir.
Versiyalardan birinə görə, Aytvaras sözü Litva dilində "sərsəri", "yelbeyin", "nadinc" mənasını verən "aiti" və "çox sürətli hərəkət" mənasını verən "vara" sözlərindən formalaşmışdır. Başqa bir versiyaya görə, bu ad "sakit" mənasında olan "aitauti" sözü ilə əlaqələndirilir, lakin bu versiya daha az qəbul edilmişdir. Digər adlara Altviksas, Damavikas, Qausinelis, Pisuxand, Tulixand, Koklikas, Pukis, Puuk, Spirukas, Atvaras, Jaltvikşas və s. aiddir.[3]