Ayurbavada Buyantu xan | |
---|---|
monq. ᠠᠶᠤᠷᠪᠠᠷᠪᠠᠳᠠ monq. Аюурбарбад | |
| |
7 aprel 1311 – 1 mart 1320 | |
Əvvəlki | Kaysan Külük xan |
7 aprel 1311 – 1 mart 1320 | |
Əvvəlki | Kaysan Külük xan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 9 aprel 1285 |
Doğum yeri | |
Vəfat tarixi | 1 mart 1320 (34 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi |
Ailəsi | Borucigin |
Dini | Konfutsiçilik |
Ayurbavada Buyantu xan (d. 9 aprel 1285 - ö. 1 mart 1320, Monqol dili:Буянт хаан) — Yuan sülaləsindən olan dördüncü imperator.
Buyantu Darmabala ilə Konqıradlı Daqinin (Tarqi) ikinci oğlu olmuş və Xubilay xanın nəticəsidir. Konfutsiçilik təliminin ustalarından olan Li Menqdən dərs almış və o da Buyantunun düşüncələrini formalaşdırmışdır.[1]
Adının mənası monqol dilində "müqəddəs/qutlu xan " deməkdir. Ayurbarvada Sanskrit dilində "Āyur-parvata" sözlərinin birləşməsindən yaranmışdır, mənası uzunömürlülük dağı deməkdir.
Teymur Olcaydu xan 1307-ci ildə vəfat etdiyi zaman varisi yox idi. Çünki oğlu Taçu ondan bir il əvvəl vəfat etmişdi. Beləliklə, Buyantu əvvəlcədə taxt uğrunda olan mübarizəyə qoşulsa da, bu mübarizədə məğlub olmuşdur. 1307-ci ildə vəliəhd şahzadə təyin edilmiş və 1311-ci ildə Külük xanın vəfat etməsindən sonra imperator olmuşdur.
Xan olduqdan sonra dövlətin gələcəyi üçün bəzi islahat cəhdləri etmişdir, lakin bəzi dövlət məmurlarına görə bu islahat cəhdləri uğursuzluqla nəticələnmişdir..[2] Hakimiyyəti dövründə incəsənət təşəbbüslərini dəstəkləmiş, üsyanları azaltmağa diqqət ayırmışdır. Gördüyü ən böyük işlərdən biri də, dövlət qulluğuna qəbul olmaq üçün imtahan sisteminin bərpa olunması olmuşdur.[3]
1 mart 1320-ci ildə vəfat etdi.[4] Ölümü ölkədə 12 il davam edən daxili müharibələrə səbəb oldu. Ölümündən sonra öz oğlu ilə böyük qardaşının oğulları arasında taxt uğrunda müharibə başladı. Sonda Buyantunun oğlu Kegen xan qələbə qazandı və özünü xan elan etdi.