Ayğırgöl

kənd
Ayğırgöl
40°14′ şm. e. 44°15′ ş. u.HGYO
Ölkə  Ermənistan
Region [[Armavir mərzi]]
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 856 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 2.566 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Ayğırgöl xəritədə
Ayğırgöl
Ayğırgöl
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ayğırgöl — İrəvan quberniyasmda Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonu rayonunda kənd.[2]

Ayğırgöl kəndindəki yezidi məbədi

Ayğırgöl kəndi Üçkilsə (Eçmiədzin) — Sərdarabad (Oktemberyan) yolunun üstündə, Ayğırgölün yanında yerləşir. Kəndin adı Ayğırgölün adından götürülmüşdür. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25.1.1978-ci il fərmanı ilə adı dəyişdirilib Aknaliç qoyulmuşdur.

Ayğırgöl kəndi Ermənistanda yeganə yezidi məbədinin yerləşdiyi məntəqədir. Kuba mere divane kimi tanınan məbəd 2019-cu ilin sentyabrında açılmışdır. Bu, dünyanın ən böyük yezidi məbədi hesab edilir. 25 metr hündürlüyü olan məbəd Rusiyada yaşayan yezidi biznesmen Mirzə Sloyan tərəfindən maliyyələşdirilmişdir.[3]

1918–1919-cu ildə əhalisi qovulmuş və xaricdən gəlmə ermənilər yerləşdirilmişdir. 1978-ci ildə kənd ermənicə Aknaliç adlandırılmışdır. Ayqırgölün adındandır. Türk dillərində ayqır otunun adından və göl sözündən ibarətdir. "Ətrafında ayqır otu bitən göl" mə'nasındadır. Qazaxıstanda Ayqırbulaq və Ayqırgöl[4][5]toponimləri ilə mə'naca eynidir.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  3. https://www.rudaw.net/english/world/29092019 Arxivləşdirilib 2020-09-30 at the Wayback Machine Şablon:Bare URL inline
  4. Койчубаев Е. Краткий толковый словарь топонимов Казахстана. Алма-Ата. 1974.
  5. Yusifov Y., Kərimov S. Toponimikanın əsasları. Bakı, 1987.