Azadlıq oğulları | |
---|---|
Yaranma tarixi | 1765 |
Mərkəzi |
"Azadlıq oğulları" (ing. Sons of Liberty) — Şimali Amerika koloniyaları üçün öz müqəddəratını təyin etmək üçün mübarizə aparan inqilabi Amerika təşkilatı.[1] 1765-ci ildə Samuel Adams tərəfindən yaradılmışdır.[2] "Azadlıq oğulları"nın aksiyalarından biri də Boston çay qonaqlığı idi.
İnqilab illərində ən çox yayılmış və tarixşünaslıqda təsbit edilən "Azadlıq oğulları" adıdır.[3] Belə təşkilatların başqa öz adları da var idi. Məsələn, "yoldaşlar" adı Pensilvaniyada geniş yayılmışdı, Konnektikutda isə təşkilat "yaxın şirkət" adlanırdı. Bəzi hallarda "stüardlar" adına da rast gəlinir.