Azavak

Azavak
Mənşəyi
Ölkə Mali, Niger, Burkina-Faso
Xarakteristikaları
Boyu
erkəklər64–74 cm (25–29 düym)
dişilər60–70 cm (24–28 düym)
Çəkisi
erkəklər20–25 kq (44–55 funt)
dişilər15–20 kq (33–44 funt)
Tükü İncə, qısa
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azavak — qədim zamanlardan məlum olan ov itləri cinsi.

Azavak cinsi Böyük Səhranın cənubunda yaşayan tuareq qəbilələri tərəfindən müasir Mali ərazisində ovçuluq və mühafizə xidməti üçün yetişdirilmişdir. Cinsin formalaşmasında AfrikaAsiya ov itləri iştirak etmişdir. Azavaklar Avropaya İkinci Dünya müharibəsindən sonra gətirilmişdir. Standart 1981-ci ildə Fransada qəbul edilmişdir. Rusiyada bu cins 1986-cı ildə ortaya çıxmışdır.[1]

Azavak ərəb atını xatırladan kiçik pəncələri olan yüksək incə ayaqları üzərində dərin sinəsi olan zərif itdir. Boyu 58–74 sm, çəkisi 17–25 kq-dır. Tükü incə və qısadır, ağ işarələri olan müxtəlif çalarlardadır. Başı dar, armud şəklindədir. İt müntəzəm məşq və sadə baxım tələb edir.[1]

  1. 1 2 Энциклопедический словарь. 2009. АЗАВАК.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]