Azersky

Azersky
İstehsalçı Airbus Defence and Space
Ölkə
Operator Azərkosmos
Raket daşıyıcısı Polar Satellite Launch Vehicle
Fəaliyyəti Yüksək görüntü imkanına sahib yer müşahidə peyki[1][2][3]
Buraxıldığı sahə Satiş Dhavan
Çıxarıldığı tarix 30 iyun 2014

Azersky/Spot 7 – Azərbaycanın ilk yüksək ayırdetməli (1.5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki, AzərbaycanFransa arasında kosmik sənaye üzrə strateji əməkdaşlıq çərçivəsində 2014-cü ilin iyun ayında Hindistandakı kosmik mərkəzdən orbitə çıxarılıb.[6][7]

2014-cü ilin dekabr ayında, Azərbaycanın milli peyk operatoru AzərkosmosFransanın Airbus Defence and Space şirkəti arasında imzalanmış müqaviləyə əsasən Azərkosmos-a təhvil verildi. "Azersky" peyki gün ərzində 6 milyon kvadrat kilometr ərazinin təsvirini verə bilmək qabiliyyətinə malik olub.[8][9] "AzerSky" peykinin imkanlarından İkinci Qarabağ müharibəsi zamanı xeyli effektiv istifadə edilmişdi. Layihənin dəyəri isə 157 milyon avro olub. AzerSky-ın istismarından əldə edilən təmiz gəlirin 220 milyon dollar olacağı təxmin edilir.[10]

Fəaliyyətinin sonu

[redaktə | mənbəni redaktə et]

2023-cü ilin aprel ayında istismar müddətindən 1 il daha tez (fəaliyyətinin 9-cu ilində) missiyasını başa çatdırıb.[11] Peyk ilə məlumat mübadiləsinin dayanmasına mümkün səbəb kimi kiçik ölçülü kosmik tullantı və ya meteorit ilə toqquşma baş verdiyi ehtimal olunur. Mümkündür ki, toqquşma nəticəsində peykin enerji təchizatı sıradan çıxmış ola bilər. Sığorta şirkəti də bu versiyanı təsdiq edib. Orbitdə olduğu 9 il müddətində "Azersky" peykindən yarım petabayt həcmində, 80 mindən çox peyk təsviri əldə olunub.[12]

  1. Desk, News. "New satellite control center built in Azerbaijan". Geospatial World (ingilis). 2017-08-18. 2022-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-09.
  2. "Three countries to get Azersky satellite imagery". AzerNews.az (ingilis). 2017-05-24. 2021-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-09.
  3. "Delta Telecom – National Communication operator". www.delta-telecom.net. 2021-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-09.
  4. 1 2 https://spacenews.com/42840airbus-sells-in-orbit-spot-7-imaging-satellite-to-azerbaijan/.
  5. 1 2 http://www.unoosa.org/oosa/osoindex/data/documents/fr/st/stsgser.e797.html.
  6. "Azərbaycanın yeni peyki necə istifadə olunacaq? (FOTO) (VİDEO)". 2020-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-08.
  7. "Azercosmos to Take Ownership of Airbus' Spot 7 EO Satellite". 2018-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-08.
  8. "Azersky" peyki 200 milyon dollardan çox gəlir gətirəcək [ölü keçid]
  9. "Yer səthinin məsafədən müşahidə peyki "Azərkosmos"-a təhvil verildi". 2022-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-08.
  10. "Fransanın kosmik şirkəti Azərbaycanı niyə tərk edib?-EKSPERT ŞƏRHİ". Xəbərlər.az (az.). 2023-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 avqust 2023.
  11. ""Azersky" peykinə görə sığorta məbləğinin alınması işlərinə başlanılıb". 2023-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-20.
  12. "Azersky peykinin fəaliyyəti dayandı-RƏSMİ". Xəbərlər.az (az.). 2023-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 avqust 2023.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]