Azerspace-2

Azerspace-2
Xüsusiyyətləri
Buraxılma tarixi 26 sentyabr 2018
Status aktiv
Başlanğıc çəkisi 3500 kq
İstehsalçı Space Systems/Loral
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azerspace-2 (ing. Azerspace-2 Satellite) — Azərbaycan Respublikasının sayca üçüncü, təyinatına görə ikinci telekommunikasiya peyki. "Azerspace-2" ABŞ-nin Space Systems Loral (SSL) şirkəti tərəfindən inşa olunmuşdur. Azerspace-2 26 sentyabr 2018-ci il tarixində Fransız Qvineyasının (Cənubi Amerika) Kuru kosmodromundan orbitə buraxılmışdır.

Azerspace-2 peykinin istismar müddəti isə azı 15 il nəzərdə tutulur.

Azerspace-2 peykinin əhatə zonasına Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və tropik Afrika ölkələri daxildir. Azerspace-2 həm də birinci telekommunikasiya peyki olan Azerspace-1-in orbitdəki ehtiyatı rolunu öz üzərinə götürəcək.[1]

Buraxılış və idarə etmə

[redaktə | mənbəni redaktə et]
"Bakutel-2015" sərgisində müqavilənin imzalanması[2]

"BakuTel-2015" sərgisi çərçivəsində 2 dekabr 2015-ci ildə "Azerspace-2" peykinin orbitə çıxarılması barədə "Azərkosmos" ASC ilə Fransanın "Arianespace" şirkəti arasında müqavilə imzalanmışdır.[2]

26 sentyabr 2018-ci il tarixində Fransanın Ariane-5 roketi ilə Fransız Qvianasının Kuru kosmodromundan orbitə buraxılmışdır.[3] Azərkosmos ASC idarəsində olan peyk 45 dərəcə Şərq uzunluq dairəsində, geostasionar orbitdə yerləşib.[4]

Azərkosmos ASC-nin sədri Rəşad Nəbiyevin sözlərinə əsasən peyki orbitə buraxılmamış tutumlarının 46%-i artıq satılıb.[5]

  1. "Azərbaycanın ilk telekommunikasiya peyki – "Azerspace-1" peykinin orbitə buraxılmasından beş il keçir". 2018-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-13.
  2. 1 2 İlham Əliyev "BakuTel-2015" sərgisi ilə tanış olub Arxivləşdirilib 2021-06-19 at the Wayback Machine. president.az, 2. dekabr 2015  (az.)
  3. ""Azerspace-2″ peyki gələn il orbitə buraxılacaq". 2018-02-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-13.
  4. ""Azerspace-2" peykinin hazırlıq mərhələsindən ən son görüntülər əldə olunub". 2018-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-13.
  5. ""Azerspace-2" peyki orbitə çıxarılacaq". 2020-10-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-13.