Bu məqalə Azərbaycan manatı haqqındadır. Digər ölkənin manatı üçün Türkmənistan manatı səhifəsinə baxın. |
Azərbaycan manatı | ||||
---|---|---|---|---|
Azərbaycan manatı | ||||
| ||||
Kod və simvol | ||||
ISO 4217 kodu | AZN (944) | |||
Simvol | ||||
Dövriyyə ərazisi | ||||
Emitent ölkə | Azərbaycan | |||
Əvəzedici və paralel vahidlər | ||||
Kiçik | qəpik (1⁄100) | |||
Dövriyyədə olan sikkə və əsginaslar | ||||
Sikkələr | 1, 3, 5, 10, 20, 50 qəpik | |||
Əsginas | 1, 5, 10, 20, 50, 100, 200, 500 (simvolik olaraq) Manat | |||
Tarixi | ||||
Dövriyyə periodu | 15 avqust 1992—1 yanvar 1994 | |||
Əvvəlki valyuta | SSRİ rublu (SUR) / Rusiya rublu (RUB) | |||
Xronika |
Azərbaycan manatı (AZM • 15 → 31) Azərbaycan manatı (AZN • 01 → indiyə kimi) |
|||
Sikkə və əskinasların buraxılması və istehsalı | ||||
Mərkəzi bank | Azərbaycan Respublikasının Mərkəzi Bankı | |||
cbar.az | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycan manatı (işarəsi: ₼) — Azərbaycanın pul vahidi.
Azərbaycan Respublikası Prezidentinin 11 fevral 1992-ci il tarixli "Azərbaycan Respublikası Milli Bankın yaradılması haqqında" Fərmanı ilə Milli Bankın yaradılması və Azərbaycan Respublikası Prezidentinin 15 iyul 1992-ci il tarixli "Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında" fərmanı, həmçinin 1992-ci ilin avqustundan milli valyutanın dövriyyəyə buraxılması ilə müstəqil Azərbaycan dövlətinin pul tədavülünün təşkil edilməsinin əsası qoyuldu.
Azərbaycan manatının hazırlanmasına Ayaz Mütəllibovun vaxtında başlanılmış, Əbülfəz Elçibəyin vaxtında isə bu reallaşmışdır. İlk Azərbaycan manatı 15 avqust 1992-ci ildə dövriyyəyə buraxılmışdır. Manatın ilk eskizlərinin müəllifi Eldar Mikayılzadədir.[1] Ona qrafik işləri ilə məşğul olan dostu Mövsüm Orucov kömək etmişdir. Onlar manatın ilk nümunələrini hazırlatmaq üçün 1992-ci ildə Parisə getmiş və çap prosesinin texnologiyası ilə tanış olmuşdurlar. Onlar Parisdəki ermənilərin çoxluğundan ehtiyat edərək pulları idman çantasında aparmışdırlar.[2]
1992-ci ilin avqustunda 1, 10 və 250 manatlıq, noyabrında 5, 10, 20 və 50 qəpiklik, dekabrda 5 manatlıq, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manatlıq pul vahidləri dövriyyəyə buraxıldı.
Azərbaycan Respublikası Prezidentinin 11 dekabr 1993-cü il tarixli "Azərbaycan Respublikası milli valyutasının Respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında" 58 saylı Fərmanı ilə manatın dövriyyədə yeganə ödəniş vasitəsi olması tətbiq olundu.[3]
Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" imzalanmış fərmana uyğun olaraq 2006-cı il yanvarın 1-dən etibarən yeni nəsil pul nişanları dövriyyəyə buraxılmışdır.
Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Manatın emissiyası və tədavüldən çıxarılması hüququ yalnız dövlətin müstəsna mülkiyyətində olan Mərkəzi Banka məxsusdur.[4]
Yeni manata keçid zamanı 1 yeni manat 5000 köhnə manata bərabər tutulmuşdur.[5]
Yeni Azərbaycan manatı 28 dekabr 2005-ci ildə ölkə ictimaiyyətinə təqdim olunmuşdur. Azərbaycan Mərkəzi Bankının sifarişi əsasında Vitam Reklam Şirkəti tərəfindən hazırlanan təqdimat mərasimi Excelsior Hoteldə baş tutmuşdur. Təqdimat mərasimində ölkə prezidenti, yüksəkvəzifəli dövlət məmurları və Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələri iştirak etmişlər.
Mədəniyyət mövzusuna həsr olunmuşdur.
Əsginas 120×70 mm ölçüdə olan xüsusi kağızda çap olunmuşdur. Əsginasın üz tərəfində Azərbaycanın milli musiqi alətlərinin – tar, kamança və dəfin qrafik təsvirləri verilmişdir. Arxa fonda qədim Azərbaycan xalçasının naxışları vardır. Əsginasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri və Azərbaycanın milli ornamentləri verilmişdir.
Əsginasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən "MANAT", möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), xüsusi dəqiq cizgilər, relyefli nominal, ultra bənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sol tərəfdə sehirli xətlər, ultra bənövşəyi işıqda görünən elementlər vardır.
Yazı və ədəbiyyat mövzusuna həsr olunmuşdur.
Əsginas 127×70 mm ölçüdə olan ağ kağızda çap olunmuşdur. Əsginasın üz tərəfində ədəbi simalar, qədim kitablar, dövlət himnindən parça çap olunmuşdur. Əsginasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri verilmiş, Azərbaycanın inkişaf tarixi – Qobustan qaya heroqlifləri, Orxon–Yenisey abidələri əlifbası, müasir Azərbaycan yazısı çap edilmişdir.
Əsginasın üz tərəfində üzərində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən "MANAT", möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), xüsusi dəqiq cizgilər, relyefli nominal, ultra bənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sehirli xətlər, ultra bənövşəyi elementlər vardır.
Tarix mövzusuna həsr olunmuşdur.
Əsginas 134×70 mm ölçüdə olan ağ kağızda çap olunmuşdur. Əsginasın üz tərəfində Qədim Bakı, Şirvanşahlar sarayı, Qız qalası köhnə Qala divarlarının fonunda verilmişdir. Əsginasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, Azərbaycan xalçasının tipik naxışları çap edilmişdir.
Əsginasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən "MANAT", möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, ultra bənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sol tərəfdə sehirli xətlər, ultra bənövşəyi işıqda görünən elementlər vardır.
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən 2006-cı il yanvarın 1-də denominasiya tədbirləri çərçivəsində tədavülə yeni nəsil pul nişanları buraxılıb. Yenilənmiş 10 manatlıq pul nişanında əsas dizayn elementləri (İçərişəhərin və Qız qalasının sxematik təsviri, Azərbaycanın xəritəsi və Avropaya inteqrasiya, bir sıra milli xalça naxışları) saxlanılıb. Mühafizə sistemlərinə gəldikdə isə, mövcud 10 manatlıqdan fərqli olaraq yeni pul nişanında su nişanı kimi Azərbaycanın Dövlət Gerbi təsvir olunub.
Pul nişanının ön tərəfində Qız qalasının təsvirini, hərəkət edən dalğaları və rəngi dəyişən nominalı əks etdirən 3D effektli yeni holoqram (LEAD) yerləşir. Holoqramın müxtəlif hissələrində rəngi dəyişən mini-mətnlər və nominalın rəqəmləri görünür.
Eyni zamanda, banknotun ön tərəfində İçərişəhərin qala divarlarını əks etdirən, rəngi yaşıldan göyə dəyişən, 3D hərəkət və dinamik işıq effektləri saçan möcüzəli boya (SPARK LİVE®) yerləşir. Pul nişanının kənarlarında isə görmə qüsuru olan insanlar üçün qabarıq xətlərdən ibarət tanınma elementi əks olunur.
Pul nişanının arxa tərəfində isə, üzərində işıqda görünən "10" rəqəmi və "AMB" yazısı olan pəncərə tipli, rəngi yaşıldan göyə dəyişən yeni mühafizə sapı (Rolling Star®) yerləşir. Eyni zamanda, üzərində "10 AZN" yazıları olan sayrışan bənövşəyi və qızılı rəngli zolaqlar əks etdirilib.
Yenilənmiş 10 manatlıq pul nişanı 18.03.2019-cu il tarixdən tədavülə buraxılır. Bu pul nişanı hazırda tədavüldə olan 10 manatlıq pul nişanı ilə paralel olaraq dövriyyədə olacaq və hər iki pul nişanı tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək.
Qarabağ mövzusuna həsr olunmuşdur.
Əsginas 141×70 mm ölçüdə olan ağ kağızda çap olunmuşdur. Əsginasın üz tərəfində qüdrət nişanəsi — qılınc, dəbilqə, qalxan və Sülh rəmzi "Xarı bülbül" təsvir olunmuşdur. Əsginasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, Azərbaycanın milli naxışları çap edilmişdir.
Əsginasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən "MANAT", möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, ultra bənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sol tərəfdə sehirli xətlər, ultra bənövşəyi işıqda görünən elementlər vardır.
Təhsil və gələcək mövzusuna həsr olunmuşdur.
Əsginas 148×70 mm ölçüdə olan ağ kağızda çap olunmuşdur. Əsginasın üz tərəfində gələcəyin timsalı, yüksəliş əlaməti – pillələr, güc və işıq nişanəsi – günəş, elm rəmzi – kimyəvi və riyazi simvollar təsvir olunmuşdur. Əsginasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, Qədim Azərbaycan xalçalarının ornamentləri çap olunmuşdur.
Əsginasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən "MANAT", möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, ultra bənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sehirli xətlər, ultra bənövşəyi işıqda görünən elementlər vardır.
İqtisadiyyat və inkişaf mövzusuna həsr olunmuşdur.
Əsginas 155×70 mm ölçüdə olan ağ kağızda çap olunmuşdur. Əsginasın üz tərəfində inkişafın qədimdən bu günə memarlıq rəmzləri, Azərbaycan manatının və iqtisadi artımın simvolları təsvir olunmuşdur. Əsginazın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, ənənəvi Azərbaycan xalçasının səciyyəvi naxışları çap edilmişdir.
Əsginasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən "MANAT", möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, ultra bənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sehirli xətlər, ultra bənövşəyi işıqda görünən elementlər vardır.
Bu əsginas Azərbaycanın digər əsginasları ilə müqayisədə ən yuxarı nominal dəyərə malikdir və dövriyyəyə ən son (2018) buraxılmış əsginasdır. 200 manat 20000 qəpiyə bərabərdir.
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra, suverenliyin əsas atributlarından sayılan milli valyuta olan manat 1992-ci ilin 15 avqust tarixindən etibarən tədavülə buraxılıb.[6]
1992-ci ilin avqustunda 1, 10 və 250 manatlıq əsginaslar, noyabrında 5, 10, 20 və 50 qəpiklik sikkələr, dekabrında 5 manatlıq əsginas, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manat nominallı kağız əsginaslar dövriyyəyə buraxılıb.
Azərbaycan Respublikasının birinci pul emissiyası 1992-ci ildə Fransa Mərkəzi Bankı tərəfindən çap edilib. Yeni dizaynla 1 və 10 manatlıq əsginaslar həmin şirkətdə istehsal olunub.[7]
Azərbaycanın müstəqil olduqdan sonrakı dövrdə pul vahidlərinin bir çoxunu "Educational Coin Company" şirkəti istehsal etmişdir. Şirkət yeni manatlardan sadəcə 1 manatlıq əskinasın istehsalçısıdır[8]. Şirkət eyni zamanda tanınmamış Dağlıq Qarabağ Respublikasının əskinaslarının istehsalçısıdır[9].
1919-cu ildə tədavülə buraxılan manatlar | |||||||
---|---|---|---|---|---|---|---|
Şəkli | Dəyəri | Ölçüləri (mm) | Rəngi | Təsviri | Tədavül tarixi | ||
Üz tərəfi | Arxa tərəfi | Üz tərəfi | Arxa tərəfi | ||||
1919 | |||||||
1992-ci ildə tədavülə buraxılan manatlar | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Şəkli | Dəyəri | Ölçüləri (mm) | Rəngi | Təsviri | Tədavül tarixi | |||
Üz tərəfi | Arxa tərəfi | Üz tərəfi | Arxa tərəfi | |||||
1993-cü ildə tədavülə buraxılan manatlar | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Şəkli | Dəyəri | Ölçüləri (mm) | Rəngi | Təsviri | Tədavül tarixi | |||
Üz tərəfi | Arxa tərəfi | Üz tərəfi | Arxa tərəfi | |||||
1994–2001-ci illərdə tədavülə buraxılan manatlar | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Şəkli | Dəyəri | Ölçüləri (mm) | Rəngi | Təsviri | Tədavül tarixi | |||
Üz tərəfi | Arxa tərəfi | Üz tərəfi | Arxa tərəfi | |||||
2005-ci ildə tədavülə buraxılan manatlar | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Şəkli | Dəyəri | Ölçüləri (mm) |
Əsas rəng | Təsviri | ||||
Üz tərəfi | Arxa tərəfi | Mənası | Üz tərəfi | Arxa tərəfi | ||||
2018-ci ildə tədavülə buraxılan manatlar | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
Şəkli | Dəyəri | Ölçüləri (mm) |
Əsas rəng | Təsviri | |||||
Üz tərəfi | Arxa tərəfi | Mənası | Üz tərəfi | Arxa tərəfi | |||||
2021-ci ildə tədavülə buraxılan manatlar | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
Şəkli | Dəyəri | Ölçüləri (mm) |
Əsas rəng | Təsviri | |||||
Üz tərəfi | Arxa tərəfi | Mənası | Üz tərəfi | Arxa tərəfi | |||||
₼500
(xatirə pulu) |
165 × 70 mm | Qəhvəyi, qırmızı, yaşıl və mavi | Mövzu: İkinci Qarabağ müharibəsi |
Vaqif türbəsi; Əsgəran qalası |
Hazırkı AZN mübadilə məzənnəsi | |
---|---|
Google Finance əsasən: | AUD CAD CHF EUR GBP HKD JPY USD = RUBAZN RUB = CNYAZN CNY |
Yahoo! Finance əsasən: | AUD CAD CHF EUR GBP HKD JPY USD = RUB&to=AZN RUB = CNY&to=AZN CNY |
XE.com əsasən: | AUD CAD CHF EUR GBP HKD JPY USD = 1&From=RUB&To=AZN RUB = 1&From=CNY&To=AZN CNY |
OANDA.com əsasən: | AUD CAD CHF EUR GBP HKD JPY USD = 1&exch=RUB&expr=AZN RUB = 1&exch=CNY&expr=AZN CNY |
fxtop.com əsasən: | AUD CAD CHF EUR GBP HKD JPY USD = RUB&C2=AZN RUB = CNY&C2=AZN CNY |
Currency.wiki əsasən: | AUD CAD CHF EUR GBP HKD JPY USD RUB CNY |