Bu məqaləni vikiləşdirmək lazımdır. |
Azərbaycan-ABŞ münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
ABŞ-nin Azərbaycan Respublikasınındakı Səfirliyi | |||||
Səfir | Mark Libbi?![1] | ||||
Ünvan | Bakı, Azadlıq pr., 111 AZ 1007 | ||||
Azərbaycan Respublikasının ABŞ-nindakı Səfirliyi | |||||
Səfir | Xəzər İbrahim | ||||
Ünvan | Vaşinqton, 34th küç, N.W., 2741 DC 20008 | ||||
Digər | |||||
Quruluş tarixi | 28 fevral 1992 | ||||
Dövriyyə | 0,570 mlrd doll. (2022) | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycan–ABŞ münasibətləri— Azərbaycan Respublikası və ABŞ arasında diplomatik əlaqələr 1992-ci ilin 28 fevral tarixində qurulmuşdur. Azərbaycan Respublikasının ABŞ-dəki Səfirliyi 1992-ci ilin martında, ABŞ-nin Azərbaycandakı Səfirliyi isə 1992-ci ilin noyabr ayında açılmışdır.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda Krasnovodskaya küçəsi 8 ünvanında ABŞ-nin nümayəndəliyi yerləşmiş, nümayəndəliyə vitse-konsul Randolf rəhbərlik etmişdir.[2]
Azərbaycan Respublikası 1992-ci ildə yenidən müstəqillik əldə etdikdən sonra Amerika Birləşmiş Ştatları ilə əlaqələr 1992-ci ildə yaradılmışdır. Hazırda, ABŞ-nin Azərbaycanda bir səfirliyi, Azərbaycanın isə ABŞ-də bir səfirliyi və bir konsulluğu fəaliyyət göstərir.
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir[3]. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri İlham Əliyev olmuşdur[4]. 4 mart 2016-cı il tarixindən Səməd Seyidov işçi qrupunun rəhbəridir[3]. İşçi qrupa Milli Məclisin 10 üzvü daxildir.
ABŞ Konqresində isə "Azərbaycan üzrə İşçi Qrupu" (24 mart 2004-cü ildən) fəaliyyət göstərir.
Stiv Şabot (R-OH) və Stiv Koen (D-TN) Konqresdə Azərbaycan üzrə işçi qrupunun həmsədrləridir. İşçi qrupa Konqresin 49 üzvü daxildir.
Azərbaycanın Milli Məclisi və ABŞ Konqresi arasında qarşılıqlı səfərlər və görüşlər həyata keçirilir. Son dövrlərdə, xüsusilə də 2018 və 2019-cu illərdə Azərbaycan Respublikasının Milli Məclisinin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri, millət vəkili Səməd Seyidov, millət vəkilləri Sahibə Qafarova və Asim Mollazadədən ibarət nümayəndə heyəti Vaşinqton şəhərində işgüzar səfərlərdə olmuşdur. Həmçinin 2018-ci ildə ABŞ Konqresinin Nümayəndələr Palatasının Hüquq Komitəsinin sədri Konqres üzvü Robert Qudlatın rəhbərlik etdiyi nümayəndə heyəti regiona səfər çərçivəsində Azərbaycanda olmuşdur. Nümayəndə heyətinə, həmçinin Konqres üzvləri Mayk Bişop, Kenni Merçant, Con Körtis, Kris Stüart, Henri Kuellar daxil olmuşdur. Nümayəndə heyətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, xarici işlər və vergilər nazirləri ilə görüşləri keçirilmişdir. Bu səfərlə yanaşı, 2018-ci ildə Nümayəndələr Palatasının Kəşfiyyat üzrə Daimi Xüsusi Komitənin sədri Devin Nunes və Komitənin üzvü Erik Alan Krouford Azərbaycanda səfərdə olmuşdur[5].
Bu günə kimi, iki ölkə arasında 75 sənəd imzalanmış və genişmiqyaslı əməkdaşlıq üçün müvafiq normativ-hüquqi baza yaradılmışdır.
Azərbaycanla ABŞ arasında enerji sahəsində davam edən məhsuldar əməkdaşlıq uğurlu tarixçəyə malikdir. Belə ki, 1994-cü ildə Xəzər hövzəsinin Azərbaycan sektorunda Azəri-Çıraq-Çünəşli yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi üzrə "Əsrin müqaviləsi"ndə ABŞ şirkətləri yer almış, habelə həmin zamandan bəri ABŞ tərəfi Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən əsas ixrac neft və qaz kəmərlərinin tikintisinə fəal dəstək olmuşdur. 2017-ci il 14 sentyabr tarixində Azərbaycan və onun beynəlxalq enerji tərəfdaşları arasında Azəri, Çıraq və Günəşli yatağının dərinsulu hissəsinin birgə işlənməsinin 2050-ci ilədək uzadılmasına dair yenilənmiş Hasilatın Pay Bölgüsü (HPB) sazişində də ABŞ-nin Şevron və Ekson şirkətləri yer almışdır.
ABŞ, həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsini, xüsusilə Cənub Qaz Dəhlizinin ərsəyə gəlməsini dəstəkləyir. Bu xüsusda ABŞ Prezidenti Donald Tramp bir neçə dəfə bildirmişdir ki, ABŞ Cənub Qaz Dəhlizinə qətiyyətlə sadiqdir və layihənin tamamlanması üçün Azərbaycan və onun beynəlxalq tərəfdaşlarının səylərini dəstəkləyir. "Mən Azərbaycanın Xəzər dənizindən enerji resurslarının inkişafı və ixracı da daxil olmaqla qlobal enerji təhlükəsizliyinin möhkəmləndirilməsində rolunu yüksək qiymətləndirirəm".
İl | İxrac | İdxal | Ümumi dövriyyəsi |
---|---|---|---|
2020[6] | 24 935,81 | 635 916,99 | 660 852,8 |
2021[7] | 75 147,26 | 442 411,44 | 517 558,7 |
2022[8] | 90 337,86 | 479 820,95 | 570 158,81 |
Azərbaycanın ABŞ-də:
Azərbaycan haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
ABŞ haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |