Açan xalqı

Açanlar
çin. sadə. 阿昌族
Yunnan Milli Muzeyində (Kunmin şəhərində) zərli parçadan Açan qadın geyimi
Ümumi sayı
≈ 80 000
Yaşadığı ərazilər
Çin ÇXR 39 555 (2010)[1]
Myanma Myanma 35 000 (2007)[2]
Dili

Açan dili

Qohum xalqlar

Lolo-Birma xalqları

Açanlar, Açan xalqı — (çin. sadə. 阿昌族, pinyin: Āchāng Zú) — Çin Xalq Respublikasında rəsmən tanınan 55 etnik azlıqdan biri, həmçinin Myanmada yaşayırlar. Ana dilləri Açan dilidir. Açan dili Çin-Tibet dil ailəsinin Tibet-Birma qrupunun Lolo-Birma yarımqrupuna daxil olan dillərdən biridir. Çində 1990-cı il sayımı zamanı 27.708[3] nəfər, 2000-ci il sayımı zamanı 33.936[4] nəfər, 2010-cu il sayımı zamanı isə 39.555[5] nəfər etnik açan siyahıya alınmışdır. 2010 sayımına görə Çində qeydə alınmış etnik açanların 96.22%-i (38059 nəfər)[5] Yunnan əyalətində yaşayır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]