Üzüm (Vitis) | |
Ağ Şanı | |
---|---|
Rəngi | ağ |
Mənşəyi | |
VIVC | 11681 |
Ağ Şanı — üzüm növü.
Abşeronun yerli sortudur. Azərbaycan Respublikasının əksər üzümçülük rayonlarında, Dərbənddə, Həştərxan və Volqoqrad vilayətlərində becərilir.
Kolları güclü böyüyəndir. Çardaqda, alleyada, sərilən formada (qumlu torpaqlarda) yaxşı məhsul verir. Bu onu göstərir ki, dayağı şpalerdən ibarət olan üzümlüklərdə kordon və kombinələşmiş formalar tətbiq edilməlidir. Çiçəkləri funksional dişi tiplidir. Qara Şanı onun ən yaxşı tozlayıcısıdır. Mərdəkanda, Bilgəh və Fatmayıda Ağ Şanı Qara Şanı ilə qarışıq əkilir.
Siyezen ve Zarat bolgelerinde, en yaxshi mehsul veren "Fransa süfre üzüm sortu"dur.
Salxımı orta və iridir və enli konusvaridir, salxım bəzən əsasından qanadlı olur. Tozlanmadan asılı olaraq sıxlıq müxtəlifdir. Gilələri iri, oval, az hallarda uzanmış olur. Uzunsov gilələr əsasən asimmetrikdir. Rəngi ağa çalan sarı, tam yetişdikdə qızılısarıdır. Qabığı orta qalınlıqda, bərk və nazik təbəqə mum qatı vardır. Ləti incədir, kifayət qədər ətlidir, şirəlidir. Şirəsi rəngsizdir. Dadı xoşa gələndir.
Gilələrin tam yetişməsi Mərdəkanda (dəmyə şəraitdə) avqustun 20-nə, Abşeronun digər məntəqələrində sentyabrın birinci ongünlüyünə, Gəncədə sentyabrın ortalarına düşür.
Sortun bar əmsalı 1-ə qədərdir, barlı zoğlar 68% təşkil edir.
Suvarılan şəraitdə 22–23%, dəmyədə 23–27% şəkər toplayır. Saxlanma qabiliyyəti ortadır.
Abşeron əhalisi başqa üzüm sortlarına nisbətən Ağ və Qara Şanıya daha çox üstünlük verir. Respublikamızın yerli sortları içərisində layiqli sortlardandır.