Ağacşəkilli əzvay | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Ağacşəkilli əzvay |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Ağacşəkilli əzvay (lat. Aloe arborescens) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinin əzvay cinsinə aid bitki növü.
Çoxillik həmişəyaşıl, sukkulent bitki olub, 4 m-ə qədər hündürlüyə malik olur. Gövdəsi budaqlanan seyrəkyarpaqlıdır. Yarpaqları lətli, növbəli, gövdənin yuxarı hissəsi çətirəbənzər, qılıncabənzər, kənarları dişcikli və tikanlı, yuxarı hissəsi çökük, aşağı hissəsi isə qabarıq olub, uzunluğu 20-65 sm, eni 3-6 sm, qalınlığı isə 1,2-5 sm-ə bərabərdir. Çiçəkləri iri (4 sm-dən böyük), çəhrayı, əyilmiş, sadə tac olub, silindrik fırçadan ibarət, uzunluğu 20-40 sm olur.
Gürcüstanda çöl şəraitində aprel-noyabr aylarında becərilir. Soyuqlar düşdükdə üstü örtülür.
Yayda mütəmadi olaraq gövdəsi, orta və aşağı yarpaqları toplanılaraq şirəsi çıxarılır. Toplanılan gövdənin qalınlığı 12 mm, uzunluğu isə 3-15 sm olmalıdır. 3-4 saatdan gec olmayaraq şirəsi çıxarılmalıdır. Təzə yarpaqları və yan gövdələri yeşiklərə yığılaraq bağlanılır.
Təzə çəkilmiş şirəsi tünd rəngli şüşə qablarda saxlanılmalıdır.
Zəif iyli və özünəməxsus acı dadlıdır. Yarpaqları qırışıq, deşik-deşik, bozumtul-sarı qınlı, kənarları dişcikli olmaqla, zərif və tezsınandır. Çiçəklərinin rəngi yaşılımtıl-sarıdan, bozumtul-qəhvəyiyə qədər dəyişir. Özünəməxsus zəif iyli olub, acı dadlıdır.
Toplanılan xammal 24 saatdan gec olmayaraq zavoda göndərilməlidir. Quru yarpaqları işıqdan qorunmalıdır. Saxlanılma müddəti 2 ildir.
Köklərində antrasen törəmələri 3%, rütubət 13%, kül 10%, digər orqanlarla birlikdə yarpaq və gövdə hissəcikləri 1,5%, üzvi və mineral birləşmələr isə 1%-dən çox deyildir.
Toxumaların regenerasiya stimulyatorudur. Adaptasiyaedici və ümumi stimullaşdırıcı dərmandır.
Aloedən hazırlanan dərman biostimulyator və immunitet əmələgətirici kimi orqanizmin funksiyalarını yüksək səviyyədə müdafiə edir, toxumaların təminat proseslərini gücləndirir. Xaricə tətbiq etdikdə yarasağaldıcı, iltihabsorucu, radioprotektor xüsusiyyətlərini normallaşdırır. Aloenin dəmirlə birlikdə şərbəti qanyaradıcı xüsusiyyətiə malikdir. Yarpaqlardan hazırlanan şirə bakteriostatik və bakterisid təsir etməklə, müxtəlif qrup mikrobları (stafilokokk, streptokokk, bağırsaq çöpü, difteriya) məhv edir. Dərman məqsədilə 2-4 illik bitkidən istifadə edilir. Bitkidə antrasen törəmələri, başlıca olaraq aloe-emodin qlükozidləri – aloin, naqoloin, aloinovil A və B maddələri vardır. Tərkibində antraqlükozidlər, aqlikon, qatran, efir yağları, ferment və vitaminlər vardır. Aloenin təzə dərilmiş yarpaqlarından hazırlanmış sok "sabur" adlanır.
Hələ 3000 il bundan əvvəl qədim Misir və Yunanıstanda irinli yaraların müalicəsində istifadə edilirdi. Biostimulyator kimi hüceyrənin yenilənməsində iştirakı ilk dəfə rus alimi V.P.Filatov tərəfində sübut edilmişdir. Eyni zamanda mədə və onikibarmaq bağırsağın xorasında tətbiq edilir. Linimenti dərinin şüa xəstəliyində bədxassəli törəmələrində, dermatit, ekzema, neyrodermit, yanıq, trofik yara, infiltrasiyalaşmış yaralarında, osteomielitin açıq irinli ocaqlarında, abses və fleqmonalarda işlədilir. Alimin hazırladığı biogen stimulyator oftolmologiya sahəsinə böyük uğur gətirmişdir. Aloe bitkisi geniş şəkildə göz (miopatiya, blefarit, konyuktivit, keratit, irit) və burun-boğaz xəstəliklərində, yanıq, infiltrativ yaralarda, dərinin infeksion, şüa və qurdeşənəyi xəstəliklərinin müalicəsində istifadə edilir. Çox geniş şəkildə mədə-bağırsaq xəstəliklərinin - xroniki qastrit, kolit, onikibarmaq bağırsağın xora xəstəliyində, mədə-bağırsağın spazmında, qəbizlikdə müvəffəqiyyətlə tətbiq edilir.
Təbabət praktikasında müxtəlif məqsədlər üçün istifadə edilir. Tərkibində spazmolotik və sidikqovucu maddələr, fosfat, kalsium və maqnezium olduğundan sidiyin tərkibindəki konkrimentlərin çıxarılmasına olduqca yaxşı təsir göstərir. "Sistenal" adlı preparatından böyrəkdaşı və podaqra xəstəliyində tətbiq edilir. Ən çox istifadə edilən dəmir-əzvay şərbətidir. Əsasən Dağıstanda, Azərbaycanın şimali-şərq (Quba, Qusar) zonalarında kökümsov və kökləri xammalı kimi toplanılır.
Qarışıq sok (kaqor) bal və çaxırla birlikdə (200q sok, 300q bal, 350q çaxır) hazırlanır. Qarışıq 5-7 gün otaq temperaturunda qaranlıq otaqda saxlanılır. 1-2 çay qaşığı gündə 3 dəfə yeməkdən əvvəl qəbul edilir. Müalicə kursu 3-4 həftədir.
Preparat - Tibb praktikasında məhlul, sok və sirop səklində işlədilir. Məhlul aloe (sabur) - 10-20 damcı gündə 3 dəfə, sok səklində 1 çay qaşığı gündə 2-3 dəfə yeməkdən əvvəl, aloe şirəsi dəmirlə 30 damcı gündə 2-3 dəfə, quru ekstrakt şəklində isə 1 həbi gündə 2 dəfə qəbul edilir.
Xalq təbabətində nevroz, etiologiyası məlum olmayan baş ağrılarında istifadə edilir. Sokunun bal və çaxırla qarışığı xroniki bronxit, pnevmoniya, patoloji klimaksda, amonoreyada, iltihabi xəstəliklərdə və ağciyər vərəmində müvəffəqiyyətlə işlədilir. Sokunun qəbulundan 8-10 saat sonra zəif islədici təsir göstərir.
Qara ciyər, öd, böyrək və sidik yolları xəstəlikləri, ishal, qanaxma, hamiləlik və ağır ürək-damar xəstəlikləri.