Ağakiçik

Ağakiçik
40°28′28″ şm. e. 43°57′00″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 2.100 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 497 nəf. (2011)[1]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi 0506
Xəritəni göstər/gizlə
Ağakiçik xəritədə
Ağakiçik
Ağakiçik

Ağakiçik, Zovasarİrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonunda kənd.[2]

Ağaqçi İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd adı. Digər adı Ağa-Kiçik. 1886-cı ilə aid məlumata görə kəndin əhalisi azərbaycanlılarermənilər idi. 1918-ci ildə azərbaycanlılar qovulmuşdur. 1920-ci ildə kənddə ermənilər yerləşdirilmişdir. 1967-ci ildə kənd ermənicə Tsovasar adlandırılmışdır. XIX əsrdə İrəvan quberniyasının Aleksandropol qəzasında Aqay-oğlu məzrə, Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında Aqay, Şimali Qafqazda Ter əyalətinin Qızıl-Yar dairəsində Aqay-Biqan, Aqay-Buruk kənd adları, Ter əyalətinin Xasavyurt dairəsində Aqay-Qol çay adı və toponimlərlə sıra təşkil edir. Mənası məlum deyil.[3]

Rayon mərkəzindən 15 km şimal-şərqdə, Mastara çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində[4] qeyd edilmişdir. Kəndin adı erməni mənbələrində, əsasən, Ahaqçi kimi qeyd edilir[5][6].

Toponim ağa və kiçik sözlərindən əmələ gəlib, "Kiçik ağaya mənsub kənd" mənasında ifadə edir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25.1.1978-ci il fərmanı ilə adı dəyişdirilib Zovasar qoyulmuşdur.

Kənddə 1873-cü ildə 160 nəfər, 1886-cı ildə 257 nəfər, 1897-ci ildə 301 nəfər, 1904-cü ildə 359 nəfər, 1914-cü ildə 383 nəfər, 1916-cı ildə 337 nəfər azərbaycanlı yaşamışdır[7].

1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq əhalisi — azərbaycanlılar qırğınlarla tarixi-etnik torpaqlarından deportasiya olunmuş, 1915–1916-cı illərdə Türkiyənin Sasun və Taron vilayətlərindən köçürülən ermənilər 1918-ci ildə burada yerləşdirilmişdir[8].

İndi ermənilər yaşayır.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  3. B. Ə. Budaqov, Q. Qeybullayev "Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti" Bakı, 1998, Nafta Press.
  4. Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.3
  5. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.34
  6. Hakopyan T. X., MəlikBaxşyan St. T., Barseğyan O. X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986. s.147
  7. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. 34–35, 116–117
  8. Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, "Gənclik", 1995. s. 111