Ağciyər transplantasiyası — bir şəxsin (resipiyentin) xəstə ağciyərlərinin başqa şəxsdən (donordan) götürülmüş sağlam ağciyərlərlə tam və ya qismən əvəz etməsindən ibarət cərrahi əməliyyat. Ağciyərtransplantasiyası hazırda bəzi xroniki ağciyər xəstəliklərinin yeganə müalicəsidir.
Ağciyər transplantasiyası əməliyyatın mürəkkəbliyinə və ondan sonra immunosupressiv dərmanların daimi qəbuluna ehtiyac olmasına baxmayaraq, bu əməliyyat ağciyər xəstəliyinin son mərhələsi olan xəstələrin yaşama müddətini əhəmiyyətli dərəcədə artıra və həyat keyfiyyətini yaxşılaşdıra bilər.[1]
Ağciyər transplantasiyası mütərəqqi obstruktiv, fibroz və ya damarxəstəlikləri olan xəstələrdə həyata keçirilir. 2005-ci ildən etibarən ağciyər transplantasiyası üçün ən ümumi səbəblər bunlardır:[2]
Xəstənin tənəffüsxəstəliyinin vəziyyətinin şiddətinə baxmayaraq, əvvəlcədən mövcud olan müəyyən şərtlər bir insanı ağciyər transplantasiyası üçün zəif namizəd edə bilər:
HİV və hepatit də daxil olmaqla cari infeksiyalar. Bununla belə, getdikcə daha tez-tez Hepatit C xəstələrində həm transplantasiya edilir, həm də resipiyentdə Hepatit C müsbət olarsa, donor kimi istifadə olunur. Eynilə, HİV-ə yoluxmuş seçilmiş şəxslər tibbi müayinədən sonra ağciyər transplantasiyası oluna bilərlər.[3]
1940-1950-ci illərdə Vladimir Demixov və Henri Metras[4] tərəfindən heyvanlar üzərində apardıqları təcrübələr əvvəlcə prosedurun texniki cəhətdən mümkün olduğunu nümayiş etdirdi. Missisipi Universitetinin cərrahı Jeyms Hardi 11 iyun 1963-cü ildə ilk dəfə insanaağciyərtransplantasiyasını həyata keçirmişdir.[5][6][7] Tək ağciyər transplantasiyasından sonra, məhkum edilmiş qatil Con Riçard Rassell kimi tanınan xəstə[8] 18 gündən sonra böyrək çatışmamazlığından dünyasını dəyişdi.
1963-cü ildən 1978-ci ilə qədər çoxsaylı ağciyər transplantasiyası cəhdləri uğursuz oldu.
lk uğurlu ağciyər transplantasiyası 1981-ci ildə Stenford Universitetininhəkimi J. Brüs Reitz tərəfindən idiopatik ağciyər hipertenziyası diaqnozu olan bir qadına ürək-ağciyər transplantasiyası edilib.[9][10]
1983-cü il: Joel D. Kuper (Toronto) tərəfindən ilk uğurlu uzunmüddətli tək ağciyər transplantasiyası.[11]
1988-ci il: Joel D. Kuper (Toronto) tərəfindən kistik fibroz üçün ilk uğurlu uzunmüddətli iki ağciyərlər transplantasiyasını həyata keçirmişdir.
1988-ci ildə irlandiyalıqadın Vera Dvayerə geri dönməz, xroniki və fibrotik ağciyər xəstəliyi diaqnozu qoyuldu. Həmin il o, İngiltərədə tək ağciyər transplantasiyası əməliyyatı keçirdi. 2018-ci ilin noyabr ayında xanım Dvayer Dublin Mater Xəstəxanasında keçirilən tədbirdə dünyada ən çox yaşayan tək ağciyər transplantasiyası əməliyyatı keçirilən şəxs kimi tanındı.[13][14]
Potensial ağciyərdonorları xəstənin ehtiyaclarına əsaslanaraq müəyyən tələblərə tabedir. Canlı donorlarda əməliyyatın donora necə təsir edəcəyi mütləq nəzərə alınır:
Sağlam
Çəki uyğunluğu
Donor ağ ciyəri və ya ağciyərləri xəstəni kifayət qədər oksigenlə təmin etmək üçün kifayət qədər böyük, lakin resipiyentin sinə boşluğuna sığacaq qədər kiçik olmalıdır.
Bu xəstəlikləri olan bəzi xəstələrə, əgər onların vəziyyəti əməliyyatdan sağ çıxa biləcək qədər stabil olsa, istisna təşkil edilir.
Mövcud infeksiya və ya xərçəng xəstəliyi yoxdursa. Ağciyər xərçəngi və ya digər xərçəng növləri olan bəzi xəstələrə istisna hallarda icazə verilə bilər.
HİV və ya hepatit yoxdursa, lakin donorla eyni tipli hepatiti olan bəzi resipiyentlər ağciyər ala bilərlər.
Alkoqol, siqaret və ya narkotikdən sui-istifadə etməmək (bu vərdişləri dayandırıb müalicəyə uyğun gələn bəzi şəxslərə şans verilə bilər).
Məqbul çəki diapazonu daxilində (zəif qidalanma və ya piylənmə ölüm hallarının artması ilə əlaqələndirilir).
Yaş
Məqbul psixoloji profil
Sosial dəstək sistemi var
Xərcləri ödəyə bilən (tibbi xidmət birbaşa xəstə tərəfindən ödənilir)
Transplantasiyadan sonrakı rejimə əməl etməyi. Ağciyər transplantasiyası böyük bir əməliyyatdır və transplantasiyadan sonra xəstə ömür boyu dərman qəbul etmə rejiminə, eləcə də tibbi xidmətə davam etməyə hazır olmalıdır.
Potensial transplantasiya namizədləri üçün tibbi testlər
Orqantransplantasiyası siyahısına salınması nəzərdə tutulan xəstələr ümumi sağlamlıq vəziyyətini və transplantasiya əməliyyatına uyğunluğunu qiymətləndirmək üçün geniş tibbi testlərdən keçməlidilər:[15]
Əməliyyatın təfərrüatları transplantasiya növündən asılı olsa da, bütün bu prosedurlar üçün bir çox addımlar ümumidir. Xəstəni əməliyyat etməzdən əvvəl cərrahdonor ağciyər(lər)ini zədə və ya xəstəlik əlamətləri üçün yoxlayır. Ağciyər(lər) təsdiqlənirsə, o zaman pasiyent tibbi avadanlıqlara qoşulur. Xəstəyə ümumi anesteziya verilir.[16]
Xəstənin əməliyyatdan əvvəl hazırlanması təxminən bir saat çəkir. Tək ağciyər transplantasiyası təxminən 4-8 saat, iki ağciyərlər transplantasiyası isə təxminən 6-12 saat çəkir.[16]
Hər hansı bir cərrahi əməliyyatda olduğu kimi, qanaxma və infeksiya riskləri vardır. Yeni köçürülmüş ağciyərin özü düzgün sağalmaya və işləməyə bilər. Xəstənin bədəninin çox hissəsi xarici havaya məruz qaldığından, sepsis mümkündür, buna görə də bunun qarşısını almaq üçün antibiotiklər təyin edilir. Digər ağırlaşmalara transplantasiyadan sonrakı limfoproliferativ xəstəlik, immunosupressantların səbəb olduğu lenfomanın bir forması, mədə-bağırsaq traktının iltihabı, mədə və yemək borusunun xorası daxildir.
Transplantın rədd edilməsi həm əməliyyatdan dərhal sonra, həm də xəstənin həyatı boyu böyük problemidir. Transplantasiya edilmiş ağciyər(lər) başqa bir insanın olduğundan, xəstənin immun sistemi onları işğalçı kimi qəbul edəcək və onları zərərsizləşdirməyə çalışacaq. Transplantdan imtina ciddi bir vəziyyətdir və mümkün qədər tez müalicə edilməlidir.
24 saat ərzində bədən çəkisinin iki kiloqramdan çox artması və ya azalması.
Orqan rəddinin qarşısını almaq üçün lazım olan immunosupressantlar da bəzi risklər yaradır. Bədəninimmunitet reaksiyasının qabiliyyətini azaltdığına görə bu dərmanlar infeksiya şansını da artırır.[17] Bu cür infeksiyaları müalicə etmək və ya qarşısını almaq üçün antibiotiklər təyin oluna bilər.
Xroniki imtina, yəni transplantasiya əməliyyatından sonrakı ilk il ərzində təkrarlanan rədd edilmə əlamətləri xəstələrin təxminən 50%-da baş verir.[18] Bu xroniki imtina bronxiolit obliterans və ya ateroskleroz kimi özünü göstərir.[18]
↑ 12"Lung Transplant". Aetna intelihealth. 30 January 2006. 14 November 2006 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 September 2006.
↑"Barnett To Free Killer Who Had Lung Transplant", Miami News, June 26, 1963, p3A
↑Reitz BA, Wallwork JL, Hunt SA, Pennock JL, Billingham ME, Oyer PE, və b. "Heart-lung transplantation: successful therapy for patients with pulmonary vascular disease". The New England Journal of Medicine. 306 (10). March 1982: 557–564. doi:10.1056/NEJM198203113061001. PMID6799824.
↑Pulmonary Hypertension: A Patient's Survival Guide 3rd edition p. 126