Ağyoxuş (Göyçə)

Ağyoxuş
40°15′32″ şm. e. 45°50′19″ ş. u.HGYO
Ölkə
Region Geğarkunik mərzi
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 2.100 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 0 nəf. (2011)
Rəsmi dili
Xəritəni göstər/gizlə
Ağyoxuş xəritədə
Ağyoxuş
Ağyoxuş
Ağyoxuş xəritədə
Ağyoxuş
Ağyoxuş

Ağyoxuş, ZariverGöyçə mahalında kənd.

1922-ci ildə rusların dəstəyi ilə tarixi torpaqlarımızda Ermənistan SSR yaradıldıqdan sonra erməni daşnaqlarının əl-qolu açılıb. Türkiyədən, Suriyadan gətirilən ermənilər məqsədli şəkildə, yavaş-yavaş Göyçənin azərbaycanlılar yaşayan kəndlərində yerləşdirilməyə başlanıb. Subatan kəndi dağ ətəyində, heyvandarlıq və əkinçilik üçün əlverişli bir yerdə yerləşdiyindən ermənilər buradakı yerli əhalini müxtəlif bəhanələrlə köçürmək istəyiblər.

Subatana yaxın yerləşən dağlarda kifayət qədər Subatan (Göyçə) kəndinin yaxınlığında yerləşən dağlarda içməli su ehtiyatı kifayət qədər olmasına baxmayaraq, vəzifədə olan ermənilər bu problemi aradan qaldırmaq istəməyiblər. Kəndə borular vasitəsilə su çəkmək əvəzinə, əhalini köçürməklə həmin yerləri ələ keçirməyə cəhd ediblər.Ermənilər həmin vaxt qismən istəklərinə nail olublar. Belə ki, Subatandan 3-4 tayfa 1936-37-ci illərdə Göyçənin “Ağyoxuş” deyilən ərazisinə köçürülür. Ev tikilir və Subatandan gələnlər burada məskunlaşırlar. Elə kəndin adı da ərazinin adına uyğun olaraq adlandırılır. Bura Subatandan Alcanlılar, Məşədi Qasımlılar, Mayıllılar tayfasından xeyli adam köçür. Sonra əhalinin sayı artdı və başqa kənddən də gələnlər olur və kənd xeyli böyüyür. Kənddə kitabxana, klub, ibtidai məktəb fəaliyyət göstərib. Canəhmədlə eyni sovetlik olub.

1988-ci ilə qədər kənddə 500-dən artıq sakin yaşayıb. Qaçaqaç dövründə 150-dən çox iribuynuzlu, 500-dən çox xırdabuynuzlu heyvan olub. Kənd rayon mərkəzxindən 16 km aralıda yerləşib.