Ağız amöbü

Ağız amöbü
Elmi təsnifat
Ranqsız:
Yarımtip:
İnfratip:
Fəsilə:
???:
Ağız amöbü
Beynəlxalq elmi adı
  • Entamoeba gingivalis, 1849

Ağız amöbü (лат. Entamoeba gingivalis) —ibtidailər (Protozoa) yarımaləminin nümayəndəsidir.

Entamoeba gingivalis- Ağız amöbü 1849-cu ildə rus alimi Qros tərəfindən kəşf edilmişdir. Bu, insanda tapılan ilk parazit amöb hesab edilir. Bu parazitə tez-tez çürümüş dişdə və dişin üzərini örtən yumşaq örtükdə təsadüf edilir. Öz quruluşuna görə ağız amöbü dizenteriya amöbünə oxşayır. Bakteriya və leykositlərlə qidalanır. Bəzi alimlər onu xəstəlik törətməyən bir növ kimi qiymətləndirir. Lakin digər tədqiqatçıların fikrincə, ağız amöbü eritrositləri udmaq xüsusiyyətinə malikdir. Bu parazitdə sistanın olmasını əksər tədqiqatçılar inkar edir və onun patogenliyi haqqında müxtəlif fikirlər söyləyirlər. Bir qrup tədqiqatçılar onu parazit, digərləri isə saprofit orqanizm hesab edirlər.

  • C. Ə. Nəcəfov, R. Ə. Əliyev, Ə. P. Əzizov. Tibbi biologiya və genetikanın əsasları, Bakı-2008.