Damaq | |
---|---|
| |
Latınca | Cavum oris |
Yunanca | Stoma |
Qrey | subyekt 242 1110 |
MeSH | Oral+cavity |
Dorlands/Elsevier | 12220513 |
Vikianbarda əlaqəli mediafayllar |
Ağız boşluğu (lat. Cavum oris yun. stoma iki hissəyə bölünür: ağız dəhlizi və xüsusi ağız boşluğu. Ağız dəhlizi — lat. vestibulum oris ön və yan tərəfdən dodqlar və yanaqlar vasitəsilə və daldan dişlər və alveol çıxıntıları ilə əhatə olunmuşdur. Xüsusi ağız boşluğu — lat. cavum oris proporium yuxarı tərəfdən sərt və yumuşaq damaqla, ön və yan tərəflərdən dişlər və alveol çıxıntıları ilə və aşağı tərəfdən ağız dibi ya diafraqması — lat. diaphragma oris (mm. mylohyoidei) ilə əhatə olunmuşdur. Ağız qapalı olduqda bu boşluq yarıq şəklində qalır. Bu boşluq dişlərin arasındakı və çənə şaxəsinin ön kənarı ilə axırıncı böyük azı dişi arasında olan yarıqlar vasitəsilə ağız dəhlizi ilə birləşir. Ağız boşluğu arxada əsnək — lat. fauces s. isthmus faucium vasitəsilə udlağa keçir.
Qidanın həzmi ağız boşluğundan başlayır. Həzm orqanları içərisində yeganə sümük mənşəli dişlərin iştirakı ilə qida maddələri mexaniki olaraq xırdalanır və ağız suyu vəzilərinin şirəsi ilə islanır.
Dişlər forma və funksiyaca kəsici, köpək, balaca və böyük azı dişlərinə ayrılırlar. Yaşlılarda 32 ədəd diş olur. Onlar hər yarımçənədə 2 kəsici, 1 köpək, 2 balaca və 3 böyük azı dişləri ardıclığında düzülürlər. Dişim kütləsinin əsas hissəsini dentin təşkil edir, tacı emalla, boynu və kökü isə sement maddəsi örtülür. Emal orqanizmdə ən möhkəm toxumadır, dentin və sement isə sümük toxumasının şəkildəyişməsi olub, fosfat turşusunun kalsium duzları ilə zəngindir.
Dişlərin əsası embrional inkişafda qoyulur. 6–8 aylıq uşaqlarda süd dişləri inkişaf etməyə başlayır. Müstəsna hallarda uşaq anadan olanda dişləri olur və yaxud gec çıxır. Əksər hallarda uşaqların alt çənəsində orta kəsici, sonra isə üst , orta və kənar dişlər çıxır. Biryaşlılarda 8 ədəd, ikiyaşlılarda və yaxud üç yaşın əvvəlində bütün 20 ədəd süd dişi çıxmış.
6–7 yaşlı uşaqlarda süd dişləri tədricən son dişlərlə əvəz olunur. Bu zaman süd dişlərinin kökü sorulur, sonra isə düşür. Balaca azı və üçüncü böyük azı (buna ağıl dişi də deyilir) dişlər süd dişlərsiz çıxırlar. Daimi dişlərin çıxması 14–15 yaşda başa çatır, lakin ağıl dişlərin çıxması 25–30 yaşadək gecikə bilir. İnsanların 15 faizində isə ümumən ağıl dişləri üst çənədə olmur.