Aşağı Ağcakənd | |
---|---|
40°25′20″ şm. e. 46°33′36″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 926 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Aşağı Ağcakənd (əvvəlki adı: Şaumyanovsk) — Azərbaycan Respublikasının Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbə inzibati ərazi dairəsində qəsəbə.[1] Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Goranboy rayonunun Şaumyanovsk qəsəbəsinin tarixi adı özünə qaytarılaraq Aşağı Ağcakənd qəsəbəsi adlandırılmışdır.[2]
1938-ci ildən 1992-ci ilədək Şaumyan adlandırılmışdır. Qarabağ yaylasında yerləşən Ağcakənd yaşayış məntəqəsinin adının qarşılığıdır.[3]
Sovetlər dönəmində, 1938-ci ildə Goranboyun sözügedən hissəsi ayrılaraq, mərkəzi Aşağı Ağcakənd olmaqla, ətraf kəndlərlə birlikdə ayrıca rayon elan edilmişdi. Elə o illərdə Aşağı Ağcakəndin adı 26-lardan biri olan erməni Stepan Şaumyanın adına Şaumyan adlandırılmışdı. 1991-ci ildə keçirilən Halqa əməliyyatından sonra Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Şaumyan rayonu ləğv edildi və həmin ərazi yenidən Goranboya birləşdirildi.
1992-ci ilin iyun ayında Ermənistanın işğalçı qoşunları tərəfindən işğal edilmiş qəsəbə bütünlüklə yandırılsa da, bir müddət sonra Azərbaycan ordusu tərəfindən geri alınmışdır. Aşağı Ağcakənddə bərpa işləri indiyə qədər davam edir.
Hazırda Xocalı köçkünləri Aşağı Ağcakənddə və ona yaxın kəndlərdə məskunlaşdırılıb. Xocalı Rayon İcra Hakimiyyəti də burada yerləşir. Odur ki, ərazinin inzibati idarəçiliyi Xocalı rəsmilərinə aiddir.
Kənd Qaraçayın (Goran çayının yuxarı axarı) sahilində, dağlıq ərazidə yerləşir. Ərazisi təbii relyefinə görə turizmin inkişafı üçün əlverişli və iqtisadi potensiala malik ərazi kimi seçilmiş, burada turizm-istirahət mərkəzi yaradılmışdır.
Aşağı Ağcakənd qəsəbəsinin Sovet dövründə əhalisi çox olmuşdur. Erməni işğalından və qarətindən sonra əhali xeyli azalmışdır. İndi Aşağı Ağcakənd qəsəbəsində cəmi 209 nəfər əhali yaşayır.
Qəsəbədə təsərrüfat inkişaf etməkdədir. Əsasən taxılçılıq, kartofçuluq və meyvəçilik üstünlük təşkil edir.
Goranboy rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |