kənd | |
Aşağı Gözəldərə | |
---|---|
40°07′59″ şm. e. 45°26′12″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Göyçə mahalı |
Rayon | Aşağı Qaranlıq rayonu |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1828 |
Mərkəzin hündürlüyü | 1.994 ± 1 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 1418 |
Vikianbarda əlaqəli mediafayllar |
Aşağı Gözəldərə, Vardenik — İrəvan quberniyasmda Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd.[2]
Rayon mərkəzindən 13 km şimalda, Gözəldərə çayının sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində[3] qeyd edilmişdir. 1728-ci ilə aid mənbədə "Kiçikli kimi də tanınan Aşağı Gözəldərə kəndi" kimi qeyd olunmuşdur. 1828-1832-ci illərdə kənddə çar Rusiyası tərəfindən İrandan və Türkiyədən köçürülən ermənilər də məskunlaşdırılmışdır. 1918-ci ildə azərbaycanlılar kənddən qovulmuşdur.
Toponim fərqləndirici əlamət bildirən «aşağı» sözü ilə gözəl və dərə sözünün birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinnin 7.XII.1945-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilib Vardenik qoyulmuşdur.
1828-ci ilə qədər burada yalnız azərbaycanlı yaşamışdır. Ermənilər buraya Türkmənçay müqaviləsindən sonra, 1828-30-cu illərdə Türkiyədən köçürülüb yerləşdirilmişdir[4]. 1897-ci ildə kənddə ermənilərlə yanaşı 108 nəfər azərbaycanlı yaşamışdır [5].
XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə ermənilərin təcavüzünə mə'ruz qalan azərbaycanlılar deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır.