Aşağı sıxlıqlı lipoproteinlər

Aşağı sıxlıqlı lipoproteinlər (ing. Low Density Lipoprotein qısa olaraq LDL)- Tərkibində xolesterin olan aşağı sıxlıqlı lipoproteinlər LDL-xolesterin adlanır. Bu xolesterin ateromanın və ya qan damarının divarında kirəcin formalaşmasında əsas rol oynadığı üçün tez-tez pis xolesteroin adlandırılır. Ateroma müxtəlif ürək-damar xəstəliklərinin əsas səbəbidir. Adətən qanda xolesterinin təxminən 70%-i LDL xolesterin formasında olur, lakin faiz nisbəti insanlarda fərqli ola bilər. Ümumiyyətlə, LDL-xolesterinin (ASLP) səviyyəsi nə qədər yüksək olsa, sağlamlıq üçün daha çox risk təşkil edər. Lakin, orqanizminizdə xolesterinin səviyyəsinə bütün ürək-damar sisteminizin sağlamlığına olan riskin bir hissəsi kimi baxılmalıdır. Belə ki, yanaşı xəstəliklər (məs., şəkərli diabet, ürəyin işemik xəstəliyi, keçirilmiş infarkt və ya insult), habelə ürək-damar sisteminin mövcud vəziyyəti ilə yanaşı qanda HDL-xolesterinin səviyyəsindən asılı olaraq sağlamlığınızı qorumaq üçün fərdi LDL-xolesterin səviyyəsi fərqli ola bilər. Məsələn, şəkərli diabeti olan xəstələr üçün tövsiyə olunan LDL-xolesterinin səviyyəsi şəkrəli diabeti olmayan şəxslərlə müqayisədə daha aşağı götürülür.[1]

Qanda acqarnına tövsiyə olunan səviyyəsi

Səviyyə
(mg/dl)
Səviyyə
(mmol/L)
Şərh
100 2.6 Optimum LDL xolesterolu aşağı ürək xəstəlikləri riskinə qarşılıqlıdı
100–129 2.6–3.3 Optimuma yaxın LDL
130–159 3.3–4.1 Sərhəd üstündə
160–189 4.1–4.9 Yüksək səviyyə
190 4.9 Çok yüksək səviyyə; ən yüksək ürək xəstəlikləri riskinə qarşılıqlıdı
  1. "Hiperlipidemiya". 2021-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-15.