Aşağı Şorca

Aşağı Şorca
40°06′36″ şm. e. 45°50′10″ ş. u.HGYO
Ölkə
Region Geğarkunik mərzi
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 2.260 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 12 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Aşağı Şorca xəritədə
Aşağı Şorca
Aşağı Şorca
Aşağı Şorca xəritədə
Aşağı Şorca
Aşağı Şorca

Aşağı Şorca Göyçə mahalında kənd.

Təbii şəraiti

[redaktə | vikimətni redaktə et]

Əsrarəngiz təbiətə malik olan Şorca kəndi Şərqi göyçə silsiləsinin suayrıclarında, dəniz səviyyəsindən 2250–2400 m yüksəklikdə, orta və dik meyilli yamacda yerləşmişdir. Kəndin ərazisindən iki çay(Yellidərə çayı və Keyti çayları) axırdı. Kəndin ərazisində çoxlu sayda bulaqlar var ki, suyunun mineral tərkibinə görə dünyanın ən yaxşı içməli suları sırasına daxildir. Kəndin ərazisində tektonik və vulkanik mənşəli çoxlu sayda qayalıqlar mövcuddur ki, bunlar da təbiətə xüsusi gözəllik verir. Bu qayaların bəzilərinin nisb hündürlüyü 50 m dən çoxdur (Buğauçan qaya, Qalaçan qayası, Qara qaya, Atuçan qaya və s.). Kəndin yuxarı hissələrindən Göyçə gölünə füsunkar bir mənzərə açılır.

Bitki örtüyü

[redaktə | vikimətni redaktə et]

Kəndin ərazisi əsasən alp çəmənliklərindən ibarətdir. Buna görə də kəndin ərazisində 3000 dən artıq növ çəmən bitkiləri yayılmışdır ki, bunların 200 dən çoxu qiymətli dərman bitkiləridir. Ot bitkilərindən Qafqaz bənövşəsi, Nərgiz çiçəyi, Lalə, bat-bat, kəklikotu, bağyarpağı, Boymadərən, pişikotu, xoruzgülü, xanımotu, alp dişəsi, qantəpər, əvəlik, lilpar, zəncirotu, zəngçiçəyi, çobanyastığı, şırımlı topal, ağbığ, qırtıc, çəmənlik üçyarpaq yonca, dəvəqanqalı, alaqanqal və s. göstərmək olar. Kol bitkilərindən İtburnu, qoyungözu, gəvən və s. Bundan başqa yellidərədə qarağatlı quzey adlanan dik yamacda endemik qarağat bitkisi yayılmışdır.

Aşağı Şorca toponiminin yaranması haqqında müxtəlif fərziyyələr mövcuddur. Bəzi tarixçilər Şorca toponiminin şoran yer mənasını bildirdiyini söyləyir. Ancaq Göyçədə yaşayanlar bilirlər ki, Göyçədə mövcud olmuş Şorca kəndlərindən heç birində şoran torpaqlar olmamışdır. Ona görə də bu fərziyyə inandırıcı görsənmir. Şorca etno-toponiminin Şor türkləri (https://tr.wikipedia.org/wiki/%C5%9Eorlar) ilə əlaqəli olması daha məntiqli görsənir. Aşağı Şorcanın qədim tarixi haqqında dəqiq məlumatlar olmasa da kəndin ərazisində tapılan qədim qəbiristanlıqlar, Türk-Alban mədəniyyətinə aid kilsə, kənddən 6 km şərqdə mövcud olmuş gözətçi qülləsi (Yelli dərə Yonma daşları) və s. kəndin tarinin iki min ildən artıq olmasına dəlalət edir. Füsunkar landşaftı ilə göz oxşayan Qalaçanda Orta təpə adlanan Yerdə mövcud olmuş yaşayış yerinin xarabalıqları son dövrə qədər qalırdı.

Uzunlar sahəsində qazıntı zamanı albanlara məxsus küp qəbirləri tapılıb. Aşağı Şorca rayon mərkəzindən 12 km şərqdə yerləşir. Yuxarı Şorca, Daşkənd kəndi, Sarıyaqub, |Qaraqoyunlu]] kəndləri ve Kəlbəcər rayonu ilə həmsərhəd olub.

İqtisadiyyatı

[redaktə | vikimətni redaktə et]

Kəndin 3221 ha torpaq sahəsi olub ki, bunun 570 ha Yellidərə dövlət sapalaq torpağı, 950 ha biçənək sahəsi, 1210 haəkin sahəsi qalanları isə örüş ərazilərindən ibarət olmuşdur. Əkinlərdə əsasən payızlıq buğda, arpa, vələmir, gülül, çuğundur və s. bitkilərdən istifadə edilirdi. 1988-ci ildə əhalinin sayı 1732 nəfər olmuşdur.

1988-ci ilə qədər sovxozda 22 yük maşını, 1 avtobus, 3 "UAZ", 1 "Moskviç", 1 ekskvator, 4 kombayn, 2 K800, 6 tırtıllı traktor, 4 Belarus və müxtəlif k/t texnikaları, 9500 xırdabuynuzlu heyvan, 750 baş iribuynuzlu mal, əhalidə isə 8 minə yaxın xırdabuynuzlu, 1400-dən artıq iribuynuzlu heyvan olub.

İrəvan quberniyasının Novobayazid qəzasında kənd. XIХ əsrin 40-cı illərində Aşağı Quylasar kəndindən qovulmuş azərbaycanlı ailələrin "Şorca" adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Digər adları Keyti və Salmankənd olmuşdur. Kənd rayon mərkəzi Basarkeçərdən 13 km məsafədə yerləşir.

Tanınmış sakinləri

[redaktə | vikimətni redaktə et]

Aşıq və Şairləri

[redaktə | vikimətni redaktə et]

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]
  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).