Böyük şahmat taxtası

Böyük şahmat taxtası
ing. The Grand Chessboard
Müəllif Zbiqnev Bjezinski
Orijinalın dili amerikan ingiliscəsi
Ölkə
Orijinalın nəşr ili 1997

“Böyük şahmat taxtası: Amerikanın hökmranlığı və onun geostrateji imperativləri” (ing. The Grand Chessboard: American Primacy and Its Geostrategic Imperatives) — Zbiqnev Bzezinskinin 1997-ci ildə yazdığı ən məşhur kitabı.

Kitab ABŞ-ın geosiyasi gücü və bu gücün XXI əsrdə həyata keçirilə biləcəyi strategiyaları əks etdirir. Bjezinski əsas diqqətini ABŞ-ın Avrasiya ilə bağlı geosiyasi strategiyasına yönəldir. Bjezinski hesab edir ki, Avrasiya qitəsində üstünlük faktiki olaraq bütün dünyada üstünlük deməkdir və ABŞ-ın ən mühüm strateji məqsədi Mərkəzi Asiyapostsovet məkanında (ilk növbədə, məkanda ən böyük sahəni tutan Rusiyada) öz təsirini genişləndirməkdir. Bjezinski həmçinin ABŞ-ın beynəlxalq maliyyə institutlarında (BVF, Dünya Bankı) dominantlığını qeyd edir[1]:54 .

Müəllif Rusiyadan geosiyasi revanş alınmasının zəruriliyindən danışır, lakin qeyd edir ki, indi bu, ABŞ-ın xarici siyasətinin əsas istiqaməti deyil. Müəllif Rusiyanı “qara dəlik” adlandırır və o zamankı elitanın müqavimət göstərə bilməməsi və suveren siyasət yeritməni nəzərdə tutur. Gələcək qüvvələrin bölgüsündən danışaraq, o , Ukraynanı Rusiya İmperiyasının sonuncu dayağı hesab edir. Müəllifin fikrincə, yalnız Ukraynanın Rusiya Federasiyasından qəti şəkildə uzaqlaşması və orada qərbyönlü siyasi elitanın yaradılması ABŞ-a imkan verəcəkdir ki, yeganə “dünya” imperiyası dövlətini qoruyub möhkəmləndirsin, çünki Bjezinskinin hesab etdiyi kimi, Ukraynasız Rusiya Avrasiya imperiyası ola bilməyəcək[1]:85 . Bununla belə, əgər Rusiya demokratik islahatlar apararsa, o zaman Avropa İttifaqınaNATO-ya buraxılmalıdır, çünki Rusiyanın bu strukturlara buraxılmaması xərcləri “xüsusi yol” ideyasının yaranmasına səbəb olacaq.[1]:95—96 [1]:150

Müəllif bəzi dövlətlərə geosiyasi mərkəzlər kimi baxır - onların gücü mühüm məkanda yerləşmələrindən qaynaqlanır. Həmin ölkələrə aiddir: Ukrayna, Azərbaycan, Cənubi Koreya, Türkiyəİran.[1]:74—76 Bjezinski NATO-nun Şərqə genişlənməsi ideyasını dəstəkləyir.

Bjezinski müasir anqlo-sakson geosiyasətinin banisi Makkinderin davamçısıdır, yəni siyasətə dəniz sivilizasiyası (ABŞ, Böyük Britaniya) ilə quru sivilizasiyası arasındakı qarşıdurma nöqteyi-nəzərindən yanaşır (bax: Hartland) .

2001-ci il teraktlarından sonra ABŞ-ın xarici siyasətinə yanaşma bir qədər dəyişdi və Bjezinskinin "Seçim. Dünya ağalığı və ya qlobal liderlik" kitabında daha ətraflı təsvir edildi.

  1. 1 2 3 4 5 Бжезинский, З. Великая шахматная доска. М.: АСТ. 2023. ISBN 978-5-17-106452-5. Sitat səhvi: Xətalı <ref> etiketi; ":0" adı bir neçə dəfə müxtəlif məzmunla verilib