Böyük Hələb Məscidi (ərəb. جامع حلب الكبير; Rom: Jami' Halab al-Kabīr) və ya Hələb Əməvi məscidiSuriyanın şimalında yerləşən, Hələb şəhərindəki ən böyük və ən qədim məscidlərdən biridir. Ümumdünya İrs siyahısına daxil olan Qədim Hələb şəhərinin əl-Callum ərazisind, Əl-Mədinə Suk (bazar) girişinin yaxınlığında yerləşir. Məscidin daxilində Yəhyanın atası olan Zəkəriyyənin qəbri yerləşir.[1][2] Məscid VIII əsrin əvvəllərində tikilmiş olsa da, məscidin müasir binası XIV əsrdə tikilmişdir. Məscidin minarəsi 1090-cı ildə tikilmiş,[3] 2013-cü ilin aprel ayında isə Suriya vətəndaş müharibəsi zamanı minarənin daxilinə yerləşdirilmiş olan sursat və ya hər hansısa bir tank topundan çıxan mərminin partlaması nəticəsində dağılmışdır.[4] 2017-ci ildən isə minarədə bərpa işləri davam etdirilir.[5]