Uzun bir hazırlıq dövründən sonra, 26 avqust, 1922-ci ildə, Mustafa Kamalın baş komandanlığında Böyük Hücum başladı. Qərb cəbhəsi qüvvələri, 30 avqust, 1922-ci ildə Dumlupınarda döyüş oldu.
Mustafa Kamal yunan ordusuna son zərbəni vurmaq üçün sürətli şəkildə hazırlıqlara başladı.
Şərq və Cənub cəbhələrində təhlükəsizlik tam təmin olunduğundan buradakı qoşunlar Qərb cəbhəsinə gətirildi. Orduda olan bəzi əskikliklər təmin edildi.
Türk hücumu 1922-ci ilin avqust ayının 25-dən 26-na keçən gecə V süvari korpusunun Kirkə aşırımı ilə yunan müdafiə xəttinin arxasına keçməyi nəticəsində başladı. Aşırım irəliləyən türk süvarilərinin asanlıqla məhv etdiyi bir qrup yunan əsgəri tərəfindən nəzarət altında saxlanılırdı. Türk süvariləri yunanların teleqraf xətlərini və dəmiryol xəttini kəsməyə nail oldu (hər ikisi 26 avqustda saat 18:00-da baş vermişdir). Beləliklə, düşmənin İzmir və Qara Hisar arasındakı əlaqələri ciddi formada kəsildi.
Avqustun 26-sı səhəri Türk Birinci və İkinci orduları eyni vaxtda hücuma keçdi. Güclü artilleriya atəşindən sonra İkinci Ordunun hücumu yunanları şoka saldı və türklər 5-ci yunan diviziyasının (Yunan I korpusunun) bəzi mövqelərini ələ keçirməyə nail oldu. Türklər tərəfindən yenidən başladılan hücumlar az uğur əldə etdi. Əlavə qüvvələrin gəlməsiylə yunan 5-ci diviziyası məhdud əks-hücumlar edərək öz cəbhəsini bərpa etdi. İkinci Ordu III korpusun mövqelərinə də hücum etmiş və nəticədə II korpusun kömək etməsinin qarşısını almışdı.
26 avqust, 1922-ci il sabahı başladılan Böyük hücumu Mustafa Kamal şəxsən özü Qocatəpədən idarə edirdi. Əsas zərbə qüvvəsi olmaqla I Ordu mərkəzdən, II Ordu şimaldan, III Ordu isə cənubdan hücuma keçdi. Uğurla başlayan əməliyyatda yunan mövqeləri ələ keçirildi. 27 avqustda, Afyon yunanlardan geri alındı. 30 avqustda yunan ordusunun böyük bir qismi mühasirəyə alındı. Bu qüvvələrin böyük bir qismi məhv edildi. Yunan ordusu baş komandanı General Trikopis əsir alındı. Kütahya yunanlardan təmizləndi. Bu döyüşə, Mustafa Kamalın şəxsən özü idarə etdiyi üçün, bəzən Başkomandanlıq meydan döyüşü də deyilir. İzmirə gedən yol açıldı.