Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası | |
757 saylı qətnamə | |
---|---|
| |
Tarixi | 30 may 1992 |
Sessiya | № 3,082 |
Kod | S/RES/757 |
Səsvermə |
|
Mövzu | Yuqoslaviya |
Nəticə | Qəbul edildi |
Təhlükəsizlik Şurasının tərkibi 1992-ci ildə | |
Daimi üzvlər | |
Qeyri-daimi üzvlər | |
Sənəd |
BMT Təhlükəsizlik Şurasının 757 saylı qətnaməsi 30 may 1992-ci il tarixində qəbul olunmuşdur. 713 (1991), 721 (1991), 724 (1991), 727 (1992), 740 (1992) 743 (1992), 749 (1992) və 752 (1992) saylı qərarları təsdiqlədikdən sonra, Şura Yuqoslaviya Federativ Respublikasının (Serbiya və Monteneqro) 752 saylı Qərarın uğursuz tətbiq etdiyinə görə qınadı.
Xorvatiya Ordusundan 752 saylı Qərarın 4-cü maddəsinə hörmət etməsini tələb etdikdən sonra, Şura bildirdi ki, 752 saylı qətnamə yerinə yetirilənə qədər bütün dövlətlər aşağıdakı qaydalara riayət etməlidirlər. Bütün üzv dövlətlərin aşağdakıları etməsini tələb edildi:[1][2]
Şura daha sonra sanksiyaların Birləşmiş Millətlər Təşkilatının Müdafiə Qüvvələrinə, Yuqoslaviya Konfransına və ya Avropa Cəmiyyətinin İzləmə Missiyasına şamil edilməməsinə qərar verdi. Ayrıca Sarayevoda və şəhərin hava limanında təhlükəsizlik zonası yaradılmasını təklif etdi və 724 saylı qətnaməyə əsasən yaradılan Təhlükəsizlik Şurası Komitəsini silah embarqosunun qüvvədə olmasını izləməyə və bütövlükdə Şuranı vəziyyəti nəzarətdə saxlamağa çağırdı.
757 saylı qətnamə 13 səslə qəbul olundu, iki ölkə Çin və Zimbabve isə bitərəf mövqeyisini saxladılar.
Yuqoslaviya milli futbol komandası iyun ayında keçirilməsi nəzərdə tutulan Avro 1992 turnirinin final mərhələsində iştirak etmək üçün seçmə mərhələsinin 4-cü qrupunu lider kimi başa vurdu; 4-cü qrupda ikinci yeri tutan Danimarka komandası final mərhələsində Yuqoslaviyanı əvəzlədi və turnirin qalibi oldu.
Qətnamə 1992 Yay Olimpiya Oyunlarının başlamazdan bir az əvvəl qəbul edildi və Beynəlxalq Olimpiya Komitəsi Yuqoslaviya Olimpiya Komitəsinin oyunlara dəvət edilməməsi şərti ilə Yuqoslaviya idmançılarına Müstəqil Olimpiya İştirakçıları və 1992 Yay Paralimpiya Oyunlarında Müstəqil Paralimpiya İştirakçıları adı altında yarışmağa icazə almaqla BMT ilə kompromisə gəldi.[3]