Babadağ (şəhər)

Babadağ
Babadag
Gerb
Gerb
44°53′36″ şm. e. 28°42′43″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 121 ± 0,01 km²
Mərkəzin hündürlüyü 67,5 ± 52,5 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 9.213 nəf. (1 dekabr 2021)[1]
Digər
babadag.ro
Xəritəni göstər/gizlə
Babadağ xəritədə
Babadağ
Babadağ
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

BabadağRumıniyada şəhər

Qədim Osmanlı şəhərlərindən olmuşdur. Baba Dağ Osmanlıların güclü və əmin qalalarından idi. Sultan IV Murad bu torpaqların mühafizəsini gücləndirmək məqsədilə Qoca Kənan paşaya (Sultan Əhmədin damadı, onun qızı Atikə sultanın əri) əmr verir: "başın sənə gərəkdirsə, Baba Dağ qalasını möhkəm bir qalaya çevir".

Turla çayı boyunca (müasir Dnestr çayı ətrafı) torpaqlardan keçən Övliya Çələbi şəhərin adıyla bağlı göstərirdi ki, burada Sarı Saltık Sultan (o "piri- Türküstan" kimi tanınan Xoca Əhməd Yasəvinin tələbəsi olmuşdur) dəfn olunduğu üçün bu yer Baba Dağ adlanmışdı. Eyni zamanda onunla yanaşı burada digər çoxlu pirani qəbirlər vardır. Səyyah həm də şəhərdə Sarı Saltık Sultanın təkkəsi və ona bitişik olan gözəl Ulu Cameni ziyarət etdiyini söyləmişdi. Şəhərin görməli-gəzməli yerləri olan Dədə Saltık Sultan meşə qoruğu, Yar Bağları, Böyük meşəlik, Lalə bağçalarını…səyyah aludəliklə təsvir etmişdir.

Tarixçi Hammer də yeddi müxtəlif yerdə məzarı olan Sarı Saltık babanın əsas qəbrinin burada olduğunu göstərərək yazırdı: "Övliya Saltıq baba XII əsrin 60-cı illərində yüz min Səlcuq türkü ilə bura gəlmiş, o vaxtdan bu yerlərə Dobruca Tatarıstanı deyilmişdi. Öləndə müridlərinə vəsiyyət etmişdi ki, onun nəşini yeddi yerə bölüb ayrı-ayrı yerlərdə dəfn etsinlər. bununla ziyarətgah halına gələn bu torpaqların İslam imperiyası torpaqlarına çevrilməsinə çalışmışdı."

Qala dəfələrlə basqınçı kazakların həmlələrinə hədəf olub; hətta Saltık Sultanın türbəsini zəngin avadanlığını yağmalayıb gedərkən olunmazın zülmünü çəkmişlər. Odur ki, götürdüklərini qorxudan gətirib yerinə qoymuşlar. Səyyah Dədə yağmaçı kazakların tamahına və talanına məruz qalan sərdabəni belə vəsf edir: türbənin içi gözəl hüsnü- xətlə yazılmış kəlami-şəriflərlə süslənib; adam boyu şamdanlar hər biri bir padşah hədiyyəsidir. Kırımın ruslar tərəfindən ilk işğalı zamanı (1738) diplomatik heyətlərin dayandığı yer, 1768-ci ildə Rus-Türk müharıbəsində ordu qışlağı olduğu məlumdur. Baba dağ ruslar tərəfindən ilk dəfə olaraq 1771-ci ildə qısa müddətə işğal etdilər, 1773-cü ildə geri çəkilərkən buranı yandırıb çıxdılar. Bundan sonra Osmanlılara geri verilsə də daimi möharibələr nəticəsində atəş xəttində qalmış; 1878-ci il Berlin andlaşması ilə Rusiyaya keçməklə hazırda Rumınyaya aiddir.

  • Minaxanım Təkləli. Türk kitabı. Unudulan tarix. Dəyişdirilən adlar, Bakı, Nurlar, 2009, səh.43–45