Babayurd | |
---|---|
Бабав-юрт | |
43°35′57″ şm. e. 46°46′33″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1821 |
Mərkəzin hündürlüyü | −7 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 368060 |
Babayurd (qum. Бабав-юрт[3][4] — Dağıstan Respublikası, Babayurd rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Babayurd rayonunun və Babayurd kənd sovetliyinin mərkəzidir. Babayurd kənd inzibati vahidliyinin yeganə yaşayış məntəqəsidir[5][6].
qumuq düzənliyində, Mahaçqala-Həştərxan avtomagistralı üzərində yerləşir. Mahaçqala şəhərindən 90 km şimal-qərbdədir.
Kəndlə əlaqəli və köhnə adamlar tərəfindən xatırlanan ən erkən təxmin tarixi 1760-cı ildir. Aksaydakı hadisələrdən sonra (kəndin çar qoşunları tərəfindən dağıldılması), Köhnə Aksayın Zahavul məhəlləsindən bir neçə ailə knyaz Kaplanovun torpaqlarına, indiki Babayurd ərazisinə köçür. Yeni yaşayış yeri bir müddət Zahavul adlandırıldı - Köhnə Aksaydan gələn köçkünlərin yaşayığı məhəllənin adı ilə. sonradan 2-3 il ərzində kənd əhalisi bura başqa yerdən gələnlərin sayəsində tədricən artmağa başlayır. kəndlilərin səyi ilə Aksay çayından başlanan Zaxtatavul adlanan (indi adı Babayurd kanalı adlanır (Babayurd Tatavul)) suvarma kanal qazılır. Təməli 1760-cı ilə təsadüf edən qonşu Maqomedov Most (Maqammat Kyörpü) kəndinin sakinləri ilə yaxşı qonşuluq münasibətləri qurulmağa başladı. Buna görə Köhnə Aksaydan yeni gələnlər kəndə getdiklərində inanırdılar ki Maqomedov körpüsüyə gəlmişlər. Çünki Aksay, Andirey və Kostek kimi qədim qumuq kəndlərinin sakinləri yalnız buranı tanıyırdılar. Kənd 1780 və 1785-ci illərdə iki dəfə dağıntıya məruz qalmışdır. Kənd üçüncü dəfə «Babayurt» toponimi ilə bərpa edildi və bu günə qədər də mövcudluğunu qoruyur.
2013-cü il qiymətləndirilməsinə əsasən kənddə 15 679 nəfər[7] yaşayır. Etnik baxımından bir qumuq kəndidir. bununla belə kənddə etnik baxımından noqaylar, ruslar və almanlar kimi xalqlarda yaşamışdır[8].
2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə kəndin milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir:
qumuqlar — 9926 nəf (65,19%)
avarlar — 2217 nəf (14,56%)
noqaylar — 1655 nəf (10,87%)
çeçenlər — 513 nəf (3,37%)
darginlər — 293 nəf (1,92%)
ruslar — 175 nəf (1,15%)
laklar — 165 nəf (1,08%)
digərləri — 283 nəf (1,86%)
ümumi — 15227 (100%)