Backwoods | |
---|---|
Ümumi məlumatlar | |
Məhsulu | Siqar |
Təsis tarixi | 1973 ) |
Baş qərargahın yeri | Ostin, Texas, ABŞ |
İqtisadi göstəriciləri | |
Ümumi gəliri | ▲ $4,500,000[1] |
Struktur | |
İşçi sayı | 57 |
Rəhbərlik | |
Təsisçi | Mayk Börns[2] |
Backwood Cigars |
Backwoods — 1973-cü ildən başlayaraq ABŞ-nin Texas ştatında istehsal olunan bir siqar markası. Şirkət, 1970-1980-ci illərdə bir çox şirkətlərin ictimai səhiyyə və siqaret mədəniyyəti ilə bağlı dəyişən qanunlara və mədəni baxışlara necə reaksiya verdiyinin daha bariz nümunələrindən biri olan intensiv reklamı ilə məhsullarını məşhurlaşdırmağı bacarmışdır.
Backwoods siqarları 1 aprel 1970-ci ildə ABŞ prezidenti Riçard Nikson tərəfindən siqaret reklamlarının qadağan olunmasına dair qərarlardan sonra istehsal olunmağa başlamışdır. Siqaret istehsalçılarının bu qanuna qarşı çıxması ilə mediyada bir çox reklamlar müşahidə olunmağa başlandı. Həm istehlakçılar, həm də bir çox mütəxəssislər siqaret çəkməyin zərərli təsirlərindən daha çox xəbərdar olmağa başladılar və siqaret istifadəçilərinin sayı kəskin azalmağa başladı.
Televiziya kanalları üçün böyük gəlir mənbəyi olan siqaretlərin reklam edilməməsindən sonra, bir neçə şirkət siqaret əvəzinə "kiçik siqarlar" satmağa başlamışdır. Yeni istehsal olunmağa başlayan "kiçik siqarlar" isə Prezident Nikson tərəfindən qəbul edilmiş yeni sərəncamı pozmadan televiziyada reklamlarının yayımlanmasına icazə verirdi.[3]
Backwoods şirkəti həm məhsullarında həm də ticarət nişanələrində daim sadə və təbii görünməyə çalışmışdır. Şirkətin siqarları yumşaq və acı olaraq təsnifləndirilir. İllər keçdikcə, şirkət bu gün bazarda olan digər kiçik siqar şirkətləri kimi fərqli növləri istehsal etməyə başlamışdır.[4]