Baffalo | |||||
---|---|---|---|---|---|
Buffalo | |||||
|
|||||
42°53′11″ şm. e. 78°52′41″ q. u.HGYO | |||||
Ölkə | |||||
Tarixi və coğrafiyası | |||||
Əsası qoyulub | 1832 | ||||
Sahəsi | |||||
Mərkəzin hündürlüyü | 183 m | ||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəqəmsal identifikatorlar | |||||
Telefon kodu | +1 716 | ||||
Poçt indeksi | 14201–14280, 14201, 14204, 14208, 14211, 14213, 14215, 14218, 14216, 14221, 14224, 14227, 14231, 14235, 14238, 14240, 14242, 14243, 14244, 14246, 14248, 14250, 14255, 14257, 14260, 14262, 14264, 14265, 14268, 14270, 14272, 14275, 14276, 14278 | ||||
Digər | |||||
buffalony.gov | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Buffalo, Baffalo (İngilis tələffüzü ilə: bʌfəloʊ) — ABŞnin şərq bölgəsində Nyu-York ştatının qərbində; Eri gölünün şərq sahillərində, Niagara çayının ağızında Fort Eirik, Ontario, Kanada şəhərinin qarşısında qurulmuş bir şəhərdir. Buffalo "Eri qraflığının" inzibati mərkəzidir.
Əhalisi 259,4 min (aqlomerasiyada 1134,0 min; 2012). Kanada ilə sərhəddə, Eri gölünün ş. qurtaracağında, Niaqara çayının mənbəyində (onun sağ sahilində) yerləşir. Böyük Göllərdə mühüm liman (dəniz gəmilərini qəbul edə bilir), avtomobil və dəmir yolları qovşağı, beynəlxalq "Buffalo-Niaqara" aeroportu, metropoliten. Buffalonun yerində ilk məskən 1758 ildə Fransa kolonistləri tərəfindən salınmışdı (1759 ildə britaniyalılar onu yandırmışdılar). 19 əsrin əvvəllərində burada hollandların Yeni Amsterdam məskəni yaranmışdır; 1808 ildən Buffalo adı ilə Niaqara dairəsinin mərkəzi olmuş, 1813 ildə İngiltərə-Amerika müharibəsi (1812–14) zamanı ingilis qoşunları tərəfindən yandırılmış, sonra yenidən inşa edilmişdir. 1832 ildə şəhər statusunu almışdır. Buffalonun sürətli iqtisadi inkişafı Böyük gölləri Qudzon çayı vasitəsilə Nyu-Yorkla birləşdirən Eri kanalının (1825) tikintisi ilə başlamışdır. 19 əsrin ortalarında Buffalo "Yeraltı dəmir yolunun" (ABŞ-nin cənub ştatlarından Kanadaya qaradərili qulların keçirildiyi yol) əsas məntəqələrindən biri idi.
Buffalo Eri gölünün şimal-şərq nöqtəsində, Niaqara şəlaləsinə çox yaxın bir mövqedədir.
Buffalo şəhəri sərhədləri içinde (2012 ili) 259,384 nəfərlik əhalisi ilə Nyu-Yorkdan sonra ştatın ən sıx ikinci şəhəridir.
19 əsrin sonu – 20 əsrin 1-ci yarısında mühüm ticarət və sənaye (unüyütmə, metallurgiya və s.) mərkəzi, həmçinin Polşa mühacirətinin mərkəzlərindən biri olmuşdur. Müqəddəs Lavrenti su yolları sistemində gəmiçiliyin açılışından (1959) sonra şəhər əsas yükdaşıma nəqliyyat yollarından kənarda qalmışdır. 1970–80-ci illərdə ABŞ-nin Şimal-Şərqində ağır sənayedə baş vermiş böhran nəticəsində Buffalo "Ölkənin paslı qurşağı"na daxil olan və tənəzzül keçirən sənaye şəhərləri sırasında idi. Buffalonun poladtökmə müəssisələrinin çoxu, o cümlədən c. şəhərətrafı Lakavonnada yerləşən "Betlehem stil" korporasiyasına məxsus iri metallurgiya zavodu bağlanmışdı. 20 əsrin ortalarından 21 əsrin əvvəllərinədək Buffalo əhalisinin sayı təqrİbən 2 dəfə azalmışdır. Buffalonun mərkəzi hissəsində ar deko üslubunda binalar və müasir göydələnlər inşa edilmişdir. Müq. Pavel böyük kilsəsi (1849–51, memar R. Apson); Dövlət hospitalı (1872–77, memar H. Riçardson); Martin evi (1904, memar F. L. Rayt) maraqlı memarlıq nümunələridir. Niaqara-Skuer baş meydanında U. Mak-Kinlinin abidəsi (1901 ilin sentyabrında onun qətlə yetirildiyi yerdə) və Teodor Ruzveltin inauqurasiyasına (1901) həsr olunmuş memorial yerləşir. Ar deko üslubunda 28 mərtəbəli Şəhər ratuşası binası (1932) ABŞ-də ən hündür ratuşadır. Qaranti-bildinq (1894– 96, memar L. Salliven) ölkədə ilk göydələnlərdən biridir. Rosuell Park ad. onkoloji xəstəliklərin öyrənilməsi üzrə in-t (1898), Nüvə tədqiqatları mərkəzi, un-t (1846), kolleclər, o cümlədən Dövlət təsviri sənətlər kolleci (1871), Kanizius-kollec (1870), Medaykollec (1875) var. Olbrayt-Noks rəssamlıq qalereyası (əsası 1905 ildə qoyulmuşdur; 18–20 əsrlər Avropa və Amerika boyakarlığı nümunələrindən ibarət kolleksiya, o cümlədən K. Mone, P. Pikasso və A. Matissin əsərləri), Elm muzeyi (1861), Baffalo tarix cəmiyyətinin və Eri dairəsinin muzeyi fəaliyyət göstərir. Buffalo portundakı Dəniz parkında İkinci dünya müharibəsi dövrünə aid gəmilərin ekspozisiyası vardır. Müasir Buffalo iri ticarət-maliyyə və sənaye mərkəzidir. Şəhərdə işləyənlərin çoxu xidmət sferasında çalışır. Avtomobil qovşaqları və detalları, energetika avadanlığı, dəzgahlar, aviasiya texnikası istehsal olunur; kimya, yeyinti (o cümlədən unüyütmə) və s. sənaye müəssisələri var. Niaqara şəlaləsi (ildə 10 mln.-dan çox turist); ümumi gücü 4400 MVt olan bir sıra hidroakkumulyasiya elektrik st. (Kanada və ABŞ-yə məxsusdur; Niaqara çayından suyun toplanılması şəlalənin yaxınlığında turistlərin olmadığı gecə saatlarında həyata keçirilir) Buffalo yaxınlığındadır. "Robert Mozes" və "Lyuiston" SES-ləri var. Buffalo müasir bir sənaye və liman şəhəri və ən böyük iqtisadi sektorları səhiyyə xidmətləri və təhsilə malik şəhərdir.