Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələrəlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Bakcell — Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir.[1]
9 minə yaxın baza stansiya sayəsində Azərbaycan əhalisinin 99,9%-ni, ölkə ərazisinin isə 92,6%-ni əhatə edir.[2] Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun investorlarından biri olan Bakcell 3 milyondan çox abunəçini telekommunikasiya xidmətləri (zəng və mobil internet) ilə təmin edir.
Azərbaycanda ən sürətli mobil internet Bakcell tərəfindən təqdim olunur. "Ookla" şirkəti tərəfindən 2018-2024-cü illərdə "Azərbaycanın ən sürətli mobil şəbəkəsi" adına layiq görülüb. [3]
Şirkət müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərən şaxələnmiş şirkətlər qrupu olan NEQSOL Holding-ə daxildir.[4] Qrupun əsas fəaliyyət istiqamətlərinə neft və qaz, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələri daxildir. Qrup daxilində şirkətlərin əməliyyatları və göstərdiyi xidmətlər Birləşmiş Krallıq, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Qazaxıstan və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələri əhatə edir. [5]
1994 – şirkət təsis olunub və Analoq Tipli Sistem Operatoru (ETACS) kimi fəaliyyətə başlayıb.[7]
2009 – "Bakcell Stars" adlı Korporativ Sosial Məsuliyyət proqramına start verilib.
2013 – "Ulduzum" loyallıq proqramı təqdim olunub.[8]
2015 – Azərbaycanda ilk dəfə olaraq 4G LTE texnologiyası əsasında kommersiya xidmətləri təqdim edilib.[9]
2018 – Ölkənin telekommunikasiya bazarında ilk dəfə olaraq ən innovativ və unikal müştəri xidməti aləti – "Mənim Bakcellim" applikasiyası təqdim olunub.[10]
2020 – Bakcell yeni "099" prefiksini istifadəyə verib.[11]
2022 – Bakcell şirkəti Azərbaycanda ilk dəfə olaraq VoLTE texnologiyasını istifadəyə verib.[12]
2022 – Bakcell Azərbaycanda ilk dəfə olaraq eSIM istifadəyə verdi.[13]
2024 - Bakcell 5G Texnologiyasını istifadəyə verdi.[14]
2010 – Uğur Mükafatı: "Ən tez inkişaf edən şirkət".[15]
2012 – "Asiyanın ən Uğurlu İşəgötürən Brendi" nominasiyasında "Asiyanın ən uğurlu işəgötürən şirkəti".[16]
2015 – Bakcell şəbəkəsi 2015-ci ilin "Ən Yaxşı Mobil Şəbəkəsi" adına layiq görülüb və "Business Time" jurnalının təsis etdiyi "Azeri Business Award" Milli Mükafatı ilə təltif olunub.[17]
2015 – AMCHAM tərəfindən 3 nominasiyada "CSR Excellence" mükafatına layiq görülüb.[18]
2017 – Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan "P3 Communications" şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda "sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə" adına layiq görülüb ("Best in Test"). [19]
2019 – "Gənc sahibkarlara dəstək üzrə ilin layihəsi" nominasiyasında "Ən uğurlu KSM layihəsi" mükafatı alıb.[20]
2021 – Bakcell Qarabağ Dirçəliş Fondunun "Qızıl" İanə sertifikatı ilə təltif edilib.[21]
2018, 2019, 2021 və 2022-ci ildə Bakcell "Azərbaycanın ən sürətli mobil şəbəkəsi" adına layiq görülüb. Bu mükafat Şirkətə "Speedtest" xidmətinə görə bütün dünyada tanınan "Ookla" şirkəti tərəfindən təqdim edilib.[22]